SON XƏBƏRLƏR

Ərdoğanla Sarkisyan görüşdü, ancaq mövqelərdə dəyişiklik olmadı

2021.10.20, 07:36
Ərdoğanla Sarkisyan görüşdü, ancaq mövqelərdə dəyişiklik olmadı

Gunaz.tv

Ərdoğanla Sarkisyan görüşdü, ancaq mövqelərdə dəyişiklik olmadı

 

GünAzTv: Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində bir araya gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Ermənistan prezidenti Serj Sarkisyan görüşdən sonra bir-birinə əks açıqlamalarla diqqət çəkib. Hər iki lider açıqlamalarında əvvəlki mövqelərini qoruyub. Bu barədə SİA  “Zaman” qəzetinə istinadən xəbər yayıb.

 Serj Sarkisyan ABŞ-ın keçmiş prezidenti Vudro Vilsonun məzarını ziyarət etdikdən sonra verdiyi açıqlamasında Türkiyənin Ermənistan və erməni xalqı ilə ilkin şərtlərlə danışdığını bildirib. Buna icazə verməyəcəyini deyən prezident Ermənistanın “soyqırım” məsələsini heç bir formatda müzakirə etmək istəmədiyini və Türkiyənin Dağlıq Qarabağ danışıqlarında müsbət rolunun olacağına inanmadığını söyləyib: “Ermənistanın mövqeyi əvvəlki kimidir. Əminəm ki, erməni diasporu “soyqırımın” tanınması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. “Erməni soyqırımı”nın tanınması qaçınılmazdır”.

R.T.Ərdoğan isə Corc Mason Universitetində etdiyi çıxışında erməni iddialarına toxunaraq parlamentlərin verdiyi qərarların Ermənistana və erməni xalqına heç bir fayda gətirməyəcəyini söyləyib: “Əllərini endirib, əllərini qaldıraraq tarixi təhrif edənlər bu günün nəsillərinə, bu günün sülh, dialoq axtarışlarına ciddi zərər verdiklərinin ümid edirəm ki, ən qısa zamanda fərqində olacaqlar. Tarixi hadisələri işıqlandırmalı olan tarix elmidir, tarixçilərdir, arxivlərdir, sənədlərdir”.

Baş nazir 2005-ci ildə o vaxtkı Ermənistan prezidenti olan Robert Köçaryana göndərdiyi məktubu xatırladıb: “Dünya tarixçiləri 1915-ci il hadisələri araşdırsın” yazaraq Ermənistan prezidentinə müraciət etdim. Lakin heç bir cavab ala bilmədim”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar