Ərk Cəmiyyəti həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti barədə BMT-yə hesabat göndərib

20.04.2020, 14:17

GünAz TV: Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti həbsdə olan güney azərbaycanlı fəalların vəziyyəti barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) hesabat göndərərək onların sərbəst buraxılmamasından nigaranlığını bildirib.

 

Ərk Cəmiyyəti vurğulayıb ki, Azərbaycan əhalisi və insan hüquqları qurumlarının nigaran olmasına baxmayaraq həbsxanalarda koronavirus infeksiyasının geniş yayıldığı bir vaxtda Abbas Lisani, Tövhiq Əmir Əmini, Lətif Həsəni, Məhəmməd Əbdulməhəmmədzadə və s. kimi azərbaycanlı mədəni fəallar məzuniyyətə buraxılmayıb.

 

Həbsxanalarda tutumundan çox məhbus saxlanması, tibbi imkanların məhdud olması və həbsxanaların natəmiz vəziyyətdə olmasının qeyd olunduğu hesabatda bildirilib ki, tanınmış azərbaycanlı fəal Abbas Lisaninin həbsdə olan fəallar və özünün məzuniyyətə buraxılması ilə bağlı tələbinə bu günədək cavab verilməyib.

 

“İnsan hüquqları fəallarının Ərdəbil zindanı barədə etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, həbsxananın 1 və 6-ci bölümünün 8 məhbusu koronavirus xəstəstəliyinin əlamətləri göründüyü üçün zindanın poliklinikasına aparılıb. Onlara ampula və ağrıkəsici dərmanlar resepti yazıldıqdan sonra həbsxanaya qaytarılıb. Onlardan ikisinin vəziyyəti ağır olub və xəstəxanaya köçürülmələrini istəyiblər. Lakin bu mümkün olmayıb. Sonda məhbuslar onları istirahət etmək üçün korpusa gətirib.

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyəti bu hadisə ilə bağlı nigranlığını bildirərək həbsxanaya baxış keçirilməsi və azərbaycanlı fəallar, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmədzadənin İran həbsxanalarından azad edilməsini tələb edir.”- deyə hesabatın bir hissəsində qeyd olunub.

 

Ərk Cəmiyyətinin hesabatı BMT ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatına da göndərilib. Bu barədə cəmiyyətin müdiri xanım Jalə Təbrizi məlumat yayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib

2022-08-15

gun az article

Ermənilər Laçında meşəyə od vurub-VİDEO

2022-08-15

gun az article

İran televiziyasının işçisi intihar edib

2022-08-15

gun az article

İranda hicabsızlara qarşı pul cəriməsi tətbiq ediləcək

2022-08-15

gun az article

Suriyada yüksək rütbəli SEPAH zabiti öldürülüb

2022-08-15

gun az article

İranlı alim Azərbaycan haqqında hədyanlar səsləndirdi: “Deyirlər sən Hüseynçi yox, bozqurdçu olacaqsan”

2022-08-15

gun az article

İranda Əfqanıstan vətəndaşı edam edilib

2022-08-15

gun az article

Manatın dövriyyəyə buraxılmasından 30 il ötür

2022-08-15

gun az article

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

2022-08-15

gun az article

Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

2022-08-15

gun az article

Weiss: "Salman Rüşdiyə hücum edən şəxs SEPAH-ın Qüds Qüvvələri ilə birbaşa əlaqəli olub"

2022-08-15

gun az article

Dünya əhalisinin sayı 8 milyardı ötüb

2022-08-15

gun az article

İran Küveytlə münasibətləri yaxşılaşdırmağa çalışır

2022-08-15

gun az article

Blinken İranın Salman Rüşdiyə qarşı zorakılığa təhrikini pisləyib

2022-08-15

gun az article

İrəvan Metropoliteni işini dayandırıb

2022-08-14

gun az article

Ermənistanda ticarət mərkəzində partlayış zamanı 1 nəfər ölüb, 34 insan xəsarət alıb

2022-08-14

gun az article

Laçını tərk edən ermənilərdən növbəti barbarlıq - evləri yandırırlar

2022-08-14

gun az article

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

2022-08-14

gun az article

Türkiyə ordusu 7 il ərzində 35 mindən çox terrorçu zərərsizləşdirib

2022-08-14

gun az article

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

2022-08-14