SON XƏBƏRLƏR

Ermənistanda casusluğa görə məhkum olunmuş Güney Azərbaycanlı cəmi 5 sinif oxuyubmuş

2021.10.20, 07:36
Ermənistanda casusluğa görə məhkum olunmuş Güney Azərbaycanlı cəmi 5 sinif oxuyubmuş

Gunaz.tv

GünAzTv: Məhkəmə iclasında iştirak edən Behnam Baqerinin anası və qardaşı Baqerinin İran Azərbaycanında maldarlıqla məşğul olduğunu və cəmi 5 sinif təhsil aldığını deyiblər.

Oktyabrın 25-də Yerevanın Avan və Nork Maraş icmaları məhkəməsinin Azərbaycan Respublikasına casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etdiyi 30 yaşlı Güney Azərbaycanlının anası və qardaşı “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamalarında ittihamı rədd ediblər.

Məhkəmə iclasında iştirak edən Behnam Baqerinin anası və qardaşı Baqerinin İran Azərbaycanında maldarlıqla məşğul olduğunu və cəmi 5 sinif təhsil aldığını deyiblər.

2009-cu ilin oktyabr ayında Ermənistanın quru sərhədindən İrana keçərkən yaxalanan Baqeri özü isə ona qarşı irəli sürülən ittihamları rədd edərək Yerevana sadəcə olaraq qız dostunu görmək üçün gəldiyini vurğulayıb.

Məhkəmənin qənaətinə görə, Baqeri Ermənistanda hərbi sirr kimi qorunan məlumatları Ermənistan vətəndaşı Gevorq Ayrapetyandan alıb Azərbaycan Respublikasına ötürürmüş. Ayrapetyan Baqeri ilə birgə təqsirləndirilərək 12 il həbsə məhkum edilib. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar