Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

02.02.2023, 18:10

“İranın Azərbaycanda təxribat və casus şəbəkəsi ötən əsrin 90-cı illərində qurulub. Həmin vaxt Azərbaycan müstəqillik qazanmışdı, yavaş-yavaş təhlükəsizlik sistemi qurulurdu. Üstəlik işğalçı Ermənistan torpaqlarımızın bir hissəsini işğal etmiş, 1 milyon soydaşımız qaçqın-köçkün düşmüşdü. İran yardım adı ilə qaçqın çadır şəhərciklərinə soxulur, məscidlərdə özünə yuva qururdu”. Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, Azərbaycanda Xomeyni İmdad Komitəsi, İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərirdi: “Onların əsl məqsədi, iddia etdikləri kimi, Azərbaycanın “şiə-müsəlman xalqına” yardım etmək deyildi, öz maraqlarını güdürdülər. 

Azərbaycanda xomeyniçi cameə formalaşdırırdılar. Onların toruna aztəminatlı ailələrdən çıxmış, işsiz-gücsüz gənclər düşürdü. İranın casus-təxribat şəbəkəsinin toruna əsasən şəhərlərdə yaşayan təhsilsiz xırda tacirlər, sürücülər, bərbərlər, dərzilər, qəssablar düşürdü”.

E.Cəfərli deyib ki, İranın hakim xomeyniçilik ideologiyasını yayanlar isə yas mərasimlərində məclis aparan Qumda təhsil almış mollalar, meyxanaçılar, mərsiyəxanlar idi: “Əslində, indi də belədir. 

Sadəcə 44 günlük savaşdan sonra yeni bir Azərbaycan xalqı doğulub. Dövlətimizin təhlükəsizlik sistemi güclənib. İranın Ermənistanı dəstəklədiyi aşkar üzə çıxıb. Bundan sonra İranın casus və təxribat çəbəkəsinin əl-qolu bağlanacaq. Amma görüləsi işlər çoxdur. 

İrançılar əvvəllər gəncləri məscidlərdə, “hüseyniyyə”lərdə, mərsiyə məclislərində tora salırdılarsa, indi sosial şəbəkələr var. Sosial şəbəkələrə nəzarət gücləndirilməlidir. İran ideologiyasını yayan internet resursları bloklanmalı, sosial şəbəkə hesabları məhdudlaşdırılmalıdır. 

İran ideologiyasını təbliğ edən, “Xamneyiyə təqlid edirəm” deyən adamlar məscidlərdən uzaqlaşdırılmalıdır. Bəzi gənclərin beynini zəhərləyən onlardır. Xomeyniçiliyi, terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir”. (bayraqrda.info)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18