SON XƏBƏRLƏR

ƏSİR YURDLARDAN BİRİ. SIRXAVƏNDİN İŞĞALINDAN 17 İL KEÇİR (AĞDƏRƏ)

2021.10.20, 07:36
ƏSİR YURDLARDAN BİRİ. SIRXAVƏNDİN İŞĞALINDAN 17 İL KEÇİR (AĞDƏRƏ)

Gunaz.tv
ƏSİR YURDLARDAN BİRİ. SIRXAVƏNDİN İŞĞALINDAN 17 İL KEÇİR (AĞDƏRƏ) ağdərə1992.jpg Ağdərənin Sırxavənd kəndi 17 il əvvəl bu gün - 1992-ci il martın 12-də işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Sırxavənd Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi - onun 2 minə yaxın əhalisi vardı. Davada 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma isə Bərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar