SON XƏBƏRLƏR

Etirazlar zamanı güney azərbaycanlı milli fəal Əli İbrahimi saxlanılıb – Tehranda

2021.10.20, 07:36
Etirazlar zamanı güney azərbaycanlı milli fəal Əli İbrahimi saxlanılıb – Tehranda

Gunaz.tv

GünAz TV: Ötən günlərdə İran və Güney Azərbaycan şəhərlərində benzinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyalarında saxlanılan fəallardan daha birinin kimliyi müəyyən edilib.

 

Məlumata görə, Tehranın Nəsimşəhr məhəlləsinin sakini olan güney azərbaycanlı milli-mədəni fəal Əli İbrahimi noyabrın 19-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum istiqamət aparılıb.

 

Bu günə qədər fəalın harada saxlandığı və sağlıq durumu barədə heç bir məlumat yoxdur.

 

Qeyd edək ki, benzinin bahalaşması ilə başlayan kütləvi etirazlarda hökumətin əleyhinə çoxlu şüarlar səsləndirildi. Tehranda ən çox türklərin yaşadığı məhəllələr, o cümlədən Əkbərabad, İslamşəhr, “Robat Kərim” və s. kimi məhəllələrdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında şiddətli qarşıdurma yaşandı. Aksiyalar zamanı çox sayda soydaşımız polis və digər güc strukturları tərəfindən qətlə yetirilib, yaralanıb və ya saxlanılaraq naməlum istiqamətə aparılıb. Hələlik ölən və saxlanılan soydaşlarımızın hamısının kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar