SON XƏBƏRLƏR

Ettelaat İdarəsi milli-mədəni fəal Əli Əzizini təhdid edərək onu idarəyə çağırıb

2021.10.20, 07:36
Ettelaat İdarəsi milli-mədəni fəal Əli Əzizini təhdid edərək onu idarəyə çağırıb

Gunaz.tv

GünAz TV: Urmiyə Şəhər Polis İdarəsinin Təhlükəsizlik Bölümünün əməkdaşları dekabrın 18-də azərbaycanlı fəal Əli Əziziyə zəng edərək ondan dekabrın 19-da Urmiyənin Ettelaat İdarəsinə müraciət etməsini istəyiblər.

 

Azərbaycanlı fəal qanunsuz tələbi rədd edərək bunun üçün məhkəmə tərəfindən rəsmi çağırış vərəqəsinin göndərilməsini istəyib.

 

Bir-iki gün sonra fəalın atası Zeynal Əziziyə zəng edilib. Özlərini Ettelaat əməkdaşı kimi təqdim edən məmurlar ondan istəyiblər ki, Əli Əzizi dekabrın 22 və ya 23-də Ettelaat İdarəsinə müraciət etsin.

 

Zeynal Əzizi məmurlara bildirib ki, Əlinin məzuniyyəti qurtarıb, o hərbi xidmətini davam etdirmək üçün yenidən bölməyə qayıdıb. Məmurlar ona cavab olaraq bildirib ki, belə olduğu halda, onun Ettelaat İdarəsinə müraciət etməsi üçün hərbi bölmənin təhlükəsizlik bölümünə məktub göndəriləcək.

 

Ehtimal olunur ki, fəal Pəhləvi ordusunun “26 Azər” kitab yandırma faciəsinin 72-ci ildönümü münasibəti ilə Urmiyədə paylanılan türkcə kitablarla bağlı Ettelaat İdarəsinə çağırılıb.

 

Azərbaycanlı fəal bundan əvvəl də Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığına, məlum təhqiramiz “Fitilə” verilişinə qarşı etirazlarda iştirak etdiyinə və idman stadionlarında şüar səsləndirdiyinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar