SON XƏBƏRLƏR

Ettelaat-ın tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsinə təzyiqləri davam edir

2021.10.20, 07:36
Ettelaat-ın tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailəsinə təzyiqləri davam edir

Gunaz.tv

GünAz TV: Ettelaat Nazirliyinin Ərdəbil Şöbəsi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin ailə üzvlərinə təzyiqləri davam etdirir.

 

Əldə etdiyimiz məlumata görə, dekabrın 8-də Ümumi Məkanlara Nəzarət Bölməsi (Əmakin) Abbas Lisaninin oğlu Əli Lisaninin qızıl məmulatlarının təmiri mağazasına bir xəbərdarlıq vərəqəsi göndərərək ondan mağazada olan lazımı sənəd və əşyalarını götürməsini istəyib. Bildirilib ki, yaxın zamanda mağaza möhürlənəcək və artıq mağazaya daxil olmaq mümkün olmayacaq.

 

Əli Lisani bir gün sonra dekabrın 9-da Əsnaflar Otağına müraciət edərək mağazasının möhürlənəcəyi ilə bağlı göndərilən vərəqə və iş yerinə lisenziya verilməsi ilə əlaqədar yaranan problemlərin səbəbini soruşub. Ona bildirilib ki, Əsnaflar Otağına görə mağazanın fəaliyyəti üçün lisenziya verilməsinə heç bir maneə yoxdur. Lakin bu məsələ ilə bağlı Ümumi Məkanlara Nəzarət edən Bölümə müraciət olunmalıdır. Bundan sonra Əli Lisani deyilən idarəyə gedib və problemi anlatdıqdan sonra lisenziyanın verilməməsinə dair səbəblərin yazılı şəkildə açıqlanmasını tələb edib. Lakin idarənin rəisi cənab Bidar ona rəsmi şəkildə cavab verməkdən imtina edərək, onlara  mağazanın möhürlənməsi ilə bağlı göstəriş verildiyini bildirib.

 

Əli Lisani bundan əvvəlki təzyiqləri də nəzərə alaraq peşə fəaliyyəti ilə bağlı yaranan problemin Ettelaat Şöbəsindən qaynaqlandığı qənaətinə gəlib.

 

Bu arada Abbas Lisaninin kürəkəni Musa Qasiminin də son günlərdə iş yerində problem yarandığı bildirilir. Məlumata görə, Tehranda Məhəmməd Baqir Universiteti projesində podratçı kimi işləyən Musa Qasimi ötən günlərdə iş yerinə buraxılmayıb. Projenin məsulları ona bildirib ki, onunla bağlanan müqavilə artıq ləğv olunub. Musa Qasimi qərarın səbəbini soruşunca ona “biz bölücü qüvvələrlə işləyə bilmərik” deyə cavab verilib.

 

Ötən aylarda da Əli Lisaninin Ərdəbilin Məcidiyyə bazarında yerləşən mağazasını bağlamaq istəmişdilər. Lakin azərbaycanlı fəal hər zaman iş yerinin bağlanmasına qarşı ciddi müqavimət göstərib.

 

Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir, o Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar