SON XƏBƏRLƏR

ETTELAAT xristianlığı qəbul edən 5 vətəndaşı həbs edib

2021.10.20, 07:36
ETTELAAT xristianlığı qəbul edən 5 vətəndaşı həbs edib

Gunaz.tv

GünAzTv: İranın Rəşt şəhərində islamı tərk edib xristianlığı qəbul edən 5 nəfər (Əfşin Vəfadaran, Mehdi Kərbəlayi Əli, Ümid Kəleydərnejad, Əlirza Seyyidi və Fatimə Türk Kəcuri) tutulub.

Yeni xristianlar iki həftə əvvəl saxlansa da, hadisə ilə bağlı xəbər yenicə yayılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Rəşt şöbəsinin 30-a yaxın silahlı əməkdaşı iyunun 17-də yeni xristianları evdə ibadət edərkən tutublar.

Evdə axtarış aparılıb, xristianlıqla bağlı kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Tutulanların hazırda harda saxlandığı bilinmir.

İrandakı islam cəza qanunlarına görə, islamı tərk edib digər dinlərə keçənlər mürtədlikdə günahlandırılaraq edama məhkum edilə bilər.

Tutulanlardan Fatimə Türk Kəcurinin həyat yoldaşı Behruz Sadıq Xancani xristianlığa keçdiyi üçün bundan əvvəl saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar