Evin zindanında saxlanılan güney azərbaycanlı fəalın müvəqqəti azadlığa buraxılmasına maneçilik törədilir

20.02.2020, 06:12

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Nəimi ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq barəsində mülki vəsiqə qərarı çıxarıldığını bildirib. Lakin hakim fəalın müvəqqəti sərbəst buraxılmasına mane olur.

 

Fəal saxlandıqdan təxminən bir ay sonra fevralın 18-də ailə üzvlərinə zəng edərək Evin zindanının 209-cu korpusunda saxlandığını deyib.

 

O həmçinin inqilab məhkəməsinin Evin zindanındakı şöbəsi tərəfindən müvəqqəti sərbəst buraxılması üçün 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıldığını bildirib.

 

Fəalın ailə üzvləri fevralın 19-da mülki vəsiqə girov qoymaq üçün şöbəyə müraciət edib, lakin hakim onlara bildirib ki, hələlik Əkbər Nəiminin dosyesi ilə bağlı işlər yekunlaşmayıb, onun sərbəst buraxılmasına icazə verə bilməz.

 

Qeyd edək ki, İran qanunlarına əsasən mülki vəsiqə qərqarı çıxarıldıqdan sonra təqdim olunan vəsiqə təcili şəkildə qəbul olunmalı və müttəhim sərbəst buraxılmalıdır.

 

Xatırladaq ki, mühəndis Əkbər Nəimi yanvarın 22-də, öz iş yerində saxlanmış və naməlum istiqamətdə aparılmışdı. Saxlandıqdan sonra təhlükəsizlik orqanlarının əməkdaşları onun evində axtarış aparmış, fəala məxsus notbuk, mobil telefon və kitabları özləri ilə götürmüşdür.

Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə tarixi tikili dağıdılıb

2022-11-28

gun az article

Xoyda media fəalı həbs edilib

2022-11-28

gun az article

Güneyli mühacir: "Molla rejimi gedəndən sonra doğulduğumuz yerlərə qayıdacağıq"

2022-11-28

gun az article

Güneyli işçi hərəkatı fəalı və siyasi məhbus Rza Şəhabinin durumu ağırlaşıb

2022-11-28

gun az article

Xameneyinin bacısı qızından çağırış: "Qatil rejimə dəstək verməyin"

2022-11-28

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranda hakimiyyət daxili parçalanma”  -VİDEO

2022-11-28

gun az article

Xoylu milli fəal Cavad Əhmədi həbsxanaya köçürülüb

2022-11-28

gun az article

“Dəyirmi masa”da müzakirə: “İranın cinayətlərinə həqiqət axtaran komitə yaranıb” və  “İranın Azərbaycanla düşmənçiliyi davam edir”-VİDEO

2022-11-27

gun az article

Binablı gəncə Ümid Ağacani zindanda işgəncə edilib

2022-11-27

gun az article

Qardaşı öldürülən azərbaycanlı məhbus Məhəmməd Heydərinin həyatı təhlükədədir

2022-11-27

gun az article

Məlikan və Tehranda 7 azərbaycanlı fəal həbs edilib

2022-11-27

gun az article

Milli fəal Məhəmməd Hacılı Urmiyənin təhlükəsizlik təcridxanasına köçürülüb

2022-11-27

gun az article

Ərdəbilli milli fəal Saman Bidar təhlükəsizlik idarəsinə çağrılıb

2022-11-27

gun az article

Güneyli fəal Mitra Cavadi barədə məlumat verilmir

2022-11-27

gun az article

İran milli komandasının azərbaycanlı üzvü repressiyalara etiraz olaraq yığmadan ayrıldı

2022-11-26

gun az article

Güneyli qazi Məhəmmədvəli Heydərbeygi Zəncan zindanında aclıq aksiyası keçirir

2022-11-26

gun az article

“Körpü”də müzakirə: “İranda son durum və Güney Azərbaycan” və “İkinci beynəlxalq Güney Azərbaycan forumu”  - VİDEO 

2022-11-26

gun az article

Tanınmış fəal və hüquqşünas Pərviz Siyabi ağır cinayətlər törətmiş məhkumların bölməsinə köçürülüb

2022-11-25

gun az article

Azərbaycanın görkəmli pedaqoqu Cabbar Bağçabanın anım günüdür

2022-11-25

gun az article

Almaniyada yaşayan güneyli fəal Nurəddin Qərəvinin evinə basqın edilib

2022-11-25