"Əhmədrza Cəlali girov götürülüb"- Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yaydı

20.05.2022, 10:44

Beynəlxalq Əfv Təşkilatı edama məhkum edilmiş güney azərbaycanlı alim Əhmədrza Cəlali ilə bağlı yeni bəyanat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Mayın 19-da yayılan bəyanatda alimin İran hökuməti tərəfindən girov götürüldüyü və qisasçılıq zəminində edam təhlükəsi ilə üz-üzə qaldığı qeyd olunub.

“İran hökuməti beynəlxalq ictimaiyyətə hesabat vermədiyi üçün xüsusilə Belçika və İsveç dövlətləri alimlə bağlı müstəqil araşdırma qrupu yaratmalıdır”-deyə, bəyanatda bildirilir.

Təşkilat İran hökumətinin İsveçdə ömürlük həbs cəzasına məhkum edilən keçmiş iranlı prokuror köməkçisi ilə Əhmədrza Cəlalini dəyişdirmək cəhdləri barədə faktların olduğunu bildirib.

Beynəlxalq Əfv Təşkilatı dünya dövlətləri və beynəlxalq ictimaiyyəti Əhmədrza Cəlalinin edam hökmünün ləğv olunması və onun azadlığa buraxılması üçün səyləri artırmağı çağırıb. 

Qeyd edək ki, Əhmədrza Cəlali əslən Güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. 

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda kitabxana çatışmazlığı: Problem xeyriyyəçilərin hesabına həll edilir

2022-07-06

gun az article

Şərqi Azərbaycanda yüzlərlə kənd boşalıb

2022-07-06

gun az article

"Urmu gölünə qoyulan sərmayə fars dilinin inkişafına xərclənməlidir"- Qulaməli Həddad Adil

2022-07-06

gun az article

"İnternetə qadağa mənfi nəticələr doğuracaq"-Millət vəkili

2022-07-06

gun az article

Süngün mis mədənində narazı işçilər həbs edilib-VİDEO

2022-07-06

gun az article

"Urmu gölü can verir"-Urmuda divarlara milli şüarlar yazıldı

2022-07-06

gun az article

Vərziğanda qarşıdurma: Evi uçurulan kənd sakinləri etiraza qalxdı

2022-07-06

gun az article

Urmu gölü ilə bağlı növbəti aksiya:Şəhərdə vərəqələr yayıldı

2022-07-06

gun az article

“Parlaq gələcək”də müzakirə: “Urmu gölü mənabeyimizin talanması” və “Urmu gölü” -VİDEO

2022-07-05

gun az article

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

2022-07-05

gun az article

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022-07-05

gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su qıtlığı yaranıb

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04