SON XƏBƏRLƏR

FATF-ın bu gün İranı qara siyahıya salacağı gözlənilir

2021.10.20, 07:36
FATF-ın bu gün İranı qara siyahıya salacağı gözlənilir

Gunaz.tv

GünAz TV: Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupu- FATF-ın bu gün İranın özünün qara siyahısına salacağı gözlənilir.

 

Bu barədə “Wall Street Journal” amerikalı və digər ölkə rəsmilərinə istinadən məlumat yayıb.

 

Belə olduğu təqdirdə, FATF artıq İranın maliyyə əməliyyatlarına güclü nəzarət edəcək və hazırda rəsmi Tehranla əməkdaşlıq edən azsaylı bank və şirkətlər də bu ölkə ilə əlaqələrini dayandırmalı olacaqlar.

 

“Wall Street Journal”ın məlumatına əsasən, Avropa ölkələri Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinə bildiriblər ki, artıq onlar da Maliyyə Hesabatları üzrə Xüsusi İşçi Qrupunun İrana qarşı sərt tədbirlər görməsini dəstəkləyirlər. Halbuki, ötən aylar ərzində Avropa Amerikanın rəsmi Tehrana qarşı yürütdüyü maksimum təzyiq siyasətinə qarşı çıxırdı.

 

Qeyd etmək lazımdır ki, sözügedən xüsusi işçi qrupu beynəlxalq bank köçürmələrinə nəzarət, eləcə də çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması kimi öhdəliklərə sahibdir.

 

 

Palermo və terrorizmin maliyyələşdirilməsilə mübarizə layihələri hazırda qəbul edilmək üçün İran Ali Məsləhət Şurasında araşdırılır. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Şura hələ də layihələrlə bağlı yekun qərar qəbul etməyib. Bir neçə gün öncə isə FATF-ın İrana verdiyi son möhlətin tarixi də bitib.

 

Dövlət və bəzi millət vəkilləri layihələrin qəbulunun tərəfdarıdır. Lakin buna qarşı çıxan mühafizəkarlar bildirirlər ki, sözügedən layihələrin qəbulu Amerika sanksiyalarını pozmağı çətinləşdirməklə yanaşı, Həmas və Hizbullaha edilən yardımları da məhdudlaşdıracaq.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar