Fransa İrana 15 milyard dollar kredit təklif edib, amma müəyyən şərtlərlə

03.09.2019, 09:48

GünAz TV: Fransa ilə İran arasında aparılan danışıqlarda iştirak edən fransız diplomatlardan biri mediaya aparılan müzakirələrin detalları barədə bəzi məqamları açıqlayıb.

 

Adının açıqlanmadığı diplomat bildirib ki, İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətinin ötən gün Parisə etdiyi səfər çərçivəsində Fransa tərəfi İrana 15 milyard dollar kredit təklif edib.

 

“İnstex” maliyyə kanalına alternativ kimi təklif edilən bu kreditin qarşılığında rəsmi Paris Tehrana qarşı bəzi şərt irəli sürüb. Onların arasında İranın öz raket proqramını məhdudlaşdırmaq və regionun əmin-amanlığını pozan addımlardan əl çəkmək kimi şərtlər də var. Fransa həmçinin İrandan Livan- İsrail sərhəddində baş verən qarşıdurmaların aradan qaldırılmasını da istəyib.

 

Hələ ki, İran tərəfinin bu təklif və şərtlərə verdiyi cavabla bağlı məlumat yoxdur.

 

Qeyd etmək lazımdır ki, Fransa son aylar ərzində İranla Vaşinqton arasında gərginliklərin aradan qaldırılması üçün vasitəçi kimi çıxış edir. Bu istiqamətdə iki ölkə prezidentləri arasında bir neçə dəfə telefon danışığı baş tutub. Bundan başqa, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün öncə, G-7 toplantısı zamanı Fransaya səfər etmiş, bu ölkənin prezidenti Emmanuel Makron və öz fransız həmkarı ilə görüşmüşdü.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vladimir Putin İlham Əliyevə zəng edib, üçtərəfli razılaşmaların həyata keçirilməsi müzakirə olunub

2022-11-26

gun az article

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Ağdam və Xocavənddəki mövqelərini atəşə tutub

2022-11-26

gun az article

Sistan-Bəluçistan əyalətində tətil aksiyası başlayıb

2022-11-26

gun az article

NATO qoşunları Belarus və Rusiya sərhədində təlim keçirib

2022-11-26

gun az article

Robert Mali: "İnsan Haqları Şurasının İranla bağlı qətnaməsi təkcə Qərbin işi deyil, dünya bunu dəstəklədi"

2022-11-26

gun az article

Sloveniyanın baş naziri İran xalqının mübarizəsini dəstəkləyib

2022-11-26

gun az article

Fuat Oktay: "Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir”

2022-11-26

gun az article

Ordumuzun Daşkəsən, Kəlbəcər və Ağdamdakı mövqeləri atəşə tutulub

2022-11-26

gun az article

ABŞ institutu: “İran Rusiyaya ballistik raketlər göndərə bilər”

2022-11-26

gun az article

Zakir Həsənov Hulusi Akara başsağlığı verib: "Türkiyəni var gücümüzlə dəstəkləyirik"

2022-11-26

gun az article

Fransa İranda etirazçılara qarşı repressiyaları pisləyib

2022-11-26

gun az article

İranda 448 etirazçı öldürülüb

2022-11-26

gun az article

"İran qadınlara və etirazçılara qarşı hər cür zorakılığa son qoymalıdır"-Kanada XİN

2022-11-26

gun az article

Sistan və Bəluçistanda geniş etiraz aksiyaları keçirilib- Ölənlər var

2022-11-26

gun az article

Almaniyanın baş naziri İranın nüvə bombası əldə etməsinin qarşısının alınmasının vacibliyini deyib

2022-11-26

gun az article

SEPAH-a bağlı "Fars" xəbər agentliyinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-11-25

gun az article

İndoneziyada zəlzələdə ölənlərin sayı 310 nəfərə çatıb

2022-11-25

gun az article

İranın terror təhdidlərinə görə Mossad rəhbərlərinin mühafizəsi gücləndirilib

2022-11-25

gun az article

"Molla rejimi dalana dirənib"-Bəluç din xadimi

2022-11-25

gun az article

"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik"-İlham Əliyev

2022-11-25