SON XƏBƏRLƏR

Fransalı gənc tarixçi Erməni diasporasını dizə çökdürdü

2021.10.20, 07:36
Fransalı gənc tarixçi Erməni diasporasını dizə çökdürdü

Gunaz.tv

GünAzTv: Maksim Qauin daşkanların nümayəndəsini məhkəmə prosesində uddu.Fransada 25 yaşlı tarixçi ermənilərin başına oyun açıb. Belə ki, 25 yaşlı Maksim Qauin Liyonda «soyqırımı» tanımadığı səbəbindən seçkilərdən kənarlaşdırılan türk Sırma Oranı müdafiə etdiyinə görə, ermənilər tərəfindən təhqir olunub və hücuma məruz qalıb. Ona qarşı irəli sürülən ittihamlardan biri isə «soyqırıma şərik olmaq»dan ibarət olub. Bu ittihamı ona irəli sürən Daşnkak Təşkilatının üzvü Movses Nişanyanı məhkəməyə verən Maksim məhkəmədə ona qalib gələrək, 500 avro cərimə etdirib. GünAzTv mətbuat mərkəzinin TİA-ya istinadən yaydığı məlumata görə,  gənc tarixçi 2008-ci ildə yazdığı iki məqalədə Villeurban bələdiyyə başqanı Jan Paul Breti Sırma Orana «soyqırım» təzyiqi etdiyi üçün sərt şəkildə tənqid etmişdi. Həmin hadisədən dərhal sonra isə erməni Nişanyan onu ittiham edərək, təhqir etməyə başlayıb. - Sırma Orana dəstək verən və bələdiyyə başqanını tənqid edən iki məqalənizdən sonra nələr baş verdi? - Diasporun saytı olan «Armenews»da aparılan forumlarda 28 fevral 2008-ci ildə məni ölümlə belə təhdid etdilər. Bir çox təhqirlərə məruz qaldım. Bu təhdidlərdən sonra yaxınlıqdakı polis idarəsinə gedib, şikayət etdim. Bunun ardından 6 saat ərzində «Armenews»un rəsmisi Ara Toranyan forumu saytdan çıxardı. Sırma Oranın məhkəmə prosesindən çıxan zaman isə üzərimə hücum çəkdilər. Amma Movses Nişanyana qarşı şikayətimə baxılan məhkəmədə heç bir hadisə baş vermədi. Qəribə deyilmi? Mənə qalsa, bu zaman içində hamıya göstərdim ki, əgər məni yenidən təhqir etməyə və ya üzərimə hücum etməyə çalışsalar yenidən məhkəməyə müraciət edəcəm. - Məhkəmənin hüquqi mənası nədir? - Bu qərar çox önəmlidir. İlk dəfə daşnak üzvü Fransada mühakimə olunur və cəzalandırılır. Ən sonuncu belə olay 1930-cu illərdə Bağdadın erməni ruhanisi özünü SSRİ agenti adlandırdıqlarına görə, erməni daşnak təşkilatını məhkəməyə vermişdi və prosesi udmuşdu. O gündən indiyə qədər heç bir məhkəmə prosesində qələbə təmin olunmayıb. - Bildiyimiz qədər bu bir ilkdir.- Erməni millətçilərinə qarşı keçirilən məhkəmə proseslərinə diqqət yetirsək bui lk hadisə deyil. 1985-ci ildə Orlydə təşkil olunmuş hücumları və başqa proseslərdə ASALA cəzalandırılıb. Həmin vaxt burada tələbə olan türk gənclər Türkkaya Ataöv və Mümtaz Soysal kimi tələbələr də məhkəmədə tərəf kimi çıxış etmişdilər. Amma «soyqırım»ın qəbulu və ya rədd edilməsi məsələsində ifadə azadlığı baxımından 1930-cu ildən bu yana ilk dəfə belə bir qərar verilib. - Verilən cəza cəmi 500 avro ilə ifadə olunur. Bu cəza sizcə yetərlidirmi? - Simvoliklik baxımından çox önəmlidir. Cəza hətta 1 avro ilə ifadə olunsaydı da mənim üçün önəm daşıyırdı. Bu qərarla məhkəmə bir şeyi rədd etdi. O da tarixin məhkəmələr tərəfindən təyin edilməməsini. Yəni, iki fərqli tarixi tezis arasında mövqe tutmağı rədd etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar