SON XƏBƏRLƏR

“Fulad qostər”-lə “Piruzi” müsabiqəsində baş verən hadisələr…

2021.10.20, 07:36
“Fulad qostər”-lə “Piruzi” müsabiqəsində baş verən hadisələr…

Gunaz.tv

GünAzTv: Dünən may ayının 12-si (ordibeheştin 22-i) Təbrizin Səhənd stadyomunda (stadion) Təbrizin “Fulad qostər” (pulade Azərbaycan) komandası ilə Tehranın  “Piruzi” komandası arasında keçirilən müsabiqə bir neçə hadisə ilə yadda qaldı:

 

- “Fulad qostər” yarışında eyn “Traxtur” qədər aktivlik müşahidə olundu.

 

- Müsabiqənin keçirildiyi gün İş günü olduğuna rəğmən 50000 nəfərdən artıq tamaşaçı iştirak etdi.

 

- “Fulad qostər”-də “Traxtur” kimi cazibə nümayiş etdirib və Azərbaycanın Mərənd, Culfa, Miyana, Xoy, Makı, Qoşaçay, Sulduz, Urmu, Ərdəbil və ... şəhərlərinin sakini olan, Milli duyqu ilə dolu soydaşlarımızın Təbrizə axışmalarına səbəb ola bildi.

 

- “Azərbaycan timləri (komandaları) – fərqi yoxdur rəngləri”, “Türk dilində mədrəsə - olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – istəməyən kor olsun”, “Azərbaycan milləti – çəkməz belə zilləti” və ... kimi şüarlar səsləndirildi.

 

- Səhənd stadyomunda (stadion) ilk dəfə olaraq, “Türkiyə , Türkiyə , ...” və “Təbriz, Bakı, Ankara – bizlər hara fars hara?!” şüarı eşidildi.

 

- ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları bir soydaşımıza şüar deyərkən hücum edib, vurub başını yaraladılar. Digər soydaşlarımız yardıma gəlincə hücumçu məmurlar qaçmağa məcbur qaldılar.

 

- Stadyomda (stadion) qardaş ölkə Türkiyənin bayrağı açıldı. ETTELAAT əməkdaşları həmən hücuma keçdilər, lakin soydaşlarımızın müqaviməti onları geri otuzdurdu.

 

Xatırladaq ki, bu müsabiqə (1 – 0) nəticəsi ilə “Piruzi”-nin xeyirinə yekunlaşdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar