SON XƏBƏRLƏR

Futbol müsabiqəsi zamanı Hüseyn Səduqi də daxil olmaqla 6 nəfər soydaşımız tutuqlanıb

2021.10.20, 07:36
Futbol müsabiqəsi zamanı Hüseyn Səduqi də daxil olmaqla 6 nəfər soydaşımız tutuqlanıb

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin səhənd stadionunda (stadyom) “Şəhrdari” futbol takımı ilə “Perspolis” takımı arasında keçirilən futbol müsabiqəsində 6 nəfər soydaşımız tutuqlanıb.

 

Əldə etdiyimiz məlumata görə, tutuqlananların içində “Şəhrdari” tərəfdarları arasında bulunan azərbaycanlı fəal Abdullah Səduqinin (Güntay) qardaşı Hüseyn Səduqi də var. Tutulanlarla bağlı hələlik əlavə məlumat yoxdur.

 

(2 – 2) bərabər hesabla yekunlaşan futbol müsabiqəsində “Təbriz Bakı Ankara – Bizlər hara fars hara?!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və ... kimi şüarlar səsləndirilib.

 

Qeyd edək ki, təhlükəsizlik qüvvələri “Şəhrdari” tərəfdarlarını yaxalarkən, stadiondakı tamaşaçılardan çəkindiyi üçün, onları cibgirlikdə şübhəli bilindiklərinə görə tutduqlarını deyiblər.

Qeyd edək ki, Bu tip ittiham və qarayaxmalar oxucularımıza tanış olduğu üçün təfərrüata keçmirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar