SON XƏBƏRLƏR

Görün kimlər türkcə danışır?! Video Görüntü

2021.10.20, 07:36
Görün kimlər türkcə danışır?! Video Görüntü

Gunaz.tv

GünAzTv: Bu videoda İranın Xarici İşlər naziri Mənuçehr Mottəki Qazaxıstanın xarici işlər naziri Kanat Saudabaevlə türk dilində danışır.

Video İslam Konfransı Təşkilatının nümayəndəliyinin Nyo-Yorkda açılışı zamanına aiddir.

 

Qed edək ki, İranın daxilində dövlət zərbəsi altında tutulan türk dili, İranın həm içində həmdə İranı əhatə edən ölkələr arasında durmadan genişlənməkdədir. Sovetlər Birliyi hökuməti dağıldıqdan sonra türk dilinin çəkisi olduqca artıbdır.

Artıq iş o yerə gəlib ki türk dili ilə heç barışmayan İran diplomatları beynəlxalq mərasimlərdə dəfələrlə türk həmkarları ilə türkcə danışıblar.

 

İranın daxili və xaricində yaşayan fars millətçiləri də bütün kinlərinə baxmayaraq, türk dilinə getdikcə daha çox marağ göstərir və öyrənməyə çalışırlar.

Bütün bunlar biz Güney Azərbaycanlılar üçün böyük hadisə sayılmalıdır. Türk düşmənləri türk dilini öyrəndiyi bir halda, Güney Azərbaycanlılar üçün bu dilin əhəmiyyəti aydın olmalıdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar