SON XƏBƏRLƏR

GünazTV May.04.2020: Dünyanı qorxuya salan coronovirusun Çində labaratoriyada hazırlandığına dair ehtimallar yüksəlir.

2021.10.20, 07:36
GünazTV May.04.2020: Dünyanı qorxuya salan coronovirusun Çində labaratoriyada hazırlandığına dair ehtimallar yüksəlir.

Gunaz.tv

Dünyanı qorxuya salan coronovirusun Çində labaratoriyada hazırlandığına dair ehtimallar yüksəlir. Amerika Prezidentinin ardınca ölkənin xarici siyasətinə rəhbərlik edən Mayk Pompeoda deyibki, rəsmi Vaşinqtonda virüsün Çin laboratoriyasında hazırlandığına dair dəlillər var. Pompeo, ABC televiziyasına verdiyi müsahibə ilə  Amerikanın kəşfiyyat xidmətlərinin  virusun  insan tərəfındən istehsal edilmədiyi ilə bağlı   açıqlamaları inkar  etmiş oldu. Prezident Trump da daha əvvəl virusun,Çində  biyoloji  silah laboratoriyasında  istehsal edildiyini iddia etmişdi.

“Bizim bu barədə geniş sübutlarımız var.Biz əvvəldən də dedmişdik  virus Çində başlayıb.Bizim bu açıqlamalarımızı dünya qəbul etmək istəmədi. Amma indi dünya  bizim düz oldugumuzu qəbul edir.Yadınızda saxlayın Çinin dünyaya infeksiya  yayamaqla  bağlı uzun tarixi var. Bu birinci hal deyil.Amerikanın xüsusi xidmət orqanları bunu araşdırdıqca həqiqəti ortaya çıxaracaqlar. Bir daha deyirəm əlimizdəki sübutlar göstərir ki, virus Vuhanda  labaratoriyadan çıxıb” 

Amerika rəsmizi virusun labaratoriyada məhz insan əli ilə hazırlandığına dair suala ehtiyyatlı və şübhəli cavab verdi. Bu mövzuda da araşdırmaya ehtiyac görür. O, kəsfiyyat məlumatlarına da aydınlıq gətirdi. Xüsusi  xidmət orqanları hələ araşdırmalarını davam etdirir dedi.Amerika mətbuatının  ortaya atdığı  iddialardan biri də odur ki,Çin rəsmiləri ilk gündən, dünyaya  “burda qorxulu heç bir çey yoxdur” desə də, özləri ehtiyyat tədbirləri görüb. Nəticədə  Çin  fəlakətdə ən az insan itkisi ilə  çıxıb.  Dövlət Katibinin bu məsələyə mövqeyi belə olub.

“Sizin dediklərininzin demək olarki hamısı düzdü. Biz təstiqləyirik ki, Çinin Komunist Partiyası əlindən gələn hər şeyi etdi ki, dünya coronovirusla bağlı öyrənməsin. Bizim bununla bağlı çoxlu sübutlarımız var. Bu sübutların bir çoxu ictimayyətin müzakirəsindədir. Biz Çin-in xəbərdarlığını görmüşük, biz onu da bilirik ki, onlar  jurnalistləri necə qovurdular, insanları və tibbi mütəxəsisləri bu barədə susulsun deyə səssiz saxladılar.Bütün bu hərəkətlər avtoritar rejimin sadə bir  proseduru  idi.”

Amerikanın kəşfiyyat dairlərindən gələn məlumatlar da isə hələlik virusun Çində labaratoriyada  biyolojik silah olaraq hazırlanmasına inanmadıqlarını bildirirlər.Amma onların da ehtimallarında bunlar yer alıb.Virus ya, ət bazarında heyvan və insan təmasından keçib, ya da  Vuhanda mülki insnalar tərəfindən işlədilən iki  dövlət labaratoriyasında aprılan  biyoloji qəzanın nəticəsidir. 

 Qənirə Ataş, GünazTV, Vaşinqton.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar