SON XƏBƏRLƏR

Güney Azərbaycan - Kitab paylama kampaniyası Nir şəhərində davam etdirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney Azərbaycan - Kitab paylama kampaniyası Nir şəhərində davam etdirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başladılan kampaniya Nir şəhərində davam etdirilib.

 

Məlumata görə, ərdəbilli milli-mədəni fəallar oktyabrın 17-də Nir şəhərinin şagirdləri arasında türk dilində kitablar paylayıblar.

 

Fəalların dediyinə görə, kampaniyanın keçirilməsindən  məqsəd azərbaycanlı şagirdlərə türk dilində kitab hədiyyə etmək, ana dilində təhsilin əhəmiyyətini şərh etmək və ölkənin təkdilli təhsil sisteminə etiraz edərək ana dilində təhsil tələbini dəstəkləməkdir.

 

Kitab paylama kampaniyası Ərdəbil, Meşginşəhr (Xiyav), Zəncan və Astara kimi şəhərlərdə həyata keçirilib.

 

Azərbaycanlı fəalların keçirdiyi mədəni tədbir şagirdlər və onların valdeyinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Bu il isə təhsil müəssisələrinin açılışı günü “Hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə başlayan kampaniya daha geniş şəkildə həyata keçirilib.

 

İranda türk dilinin rəsmi olması və ana dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır. Bu məsələ ilə bağlı yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar