SON XƏBƏRLƏR

Güney Azərbaycan: Türkiyə Araz Azad Ticarət Zonasına böyük yatırımlar qoyur

2021.10.20, 07:36
Güney Azərbaycan: Türkiyə Araz Azad Ticarət Zonasına böyük yatırımlar qoyur

Gunaz.tv

GünAz TV: Türkiyə Şərqi Azərbaycan Əyalətində yerləşən Araz Azad Ticarət Zonasına (məntəqə) böyük həcmdə yatırımlar qoyur.


Bu barədə KUADAKA (Kuzeydoğu Anadolu Kalkınma Ajansı) Heyətinin Araz Azad Ticarət Zonasına səfəri zamanı tərəflər arasında razılıq əldə olunub.


Məlumata görə, azad ticarət zonasında hava limanı tikildikdən sonra Türkiyə şirkəti bu dəfə “Culfa-Çeşmə Sürəyya-Türkiyə” dəmiryolu xəttini çəkəcək.  


Proje barəsində Araz və Makı Azad Ticarət Zonaları və Yol Nəqliyyat Nazirliyi araşdırmalara başlayıb.


Türkiyədən bölgəyə səfər edən heyət ikitərəfli münasibətləri inkişaf etdirmək üçün bütün imkanlardan istifadə edilməsinin zəruri olduğunu deyib.


Türkiyə tərəfi qeyd olunan layihələrdən başqa mədən və səhiyyə sahələrində də sərmayə yatırmağa hazır olduğunu bildirib, təklif azad ticarət zonasının məsulları tərəfindən müsbət qarşılanıb.


Türkiyə ilə yanaşı Azərbaycan Respublikası da Araz Azad Tiacrət Zonasında fəal ölkə sayılır. Bu ölkənin bölgəyə böyük həcmdə yatırım qoyacağı gözlənilir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar