SON XƏBƏRLƏR

Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəallarından olan Arif Ulufi həbs edildi

2021.10.20, 07:36
Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəallarından olan Arif Ulufi həbs edildi

Gunaz.tv
Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının fəallarından olan Arif Ulufi həbs edildi arifulufi.jpg DAK informasiya mərkəzinə Urmiyədən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli hərəkat fəalı Naxçıvan Dövlət Memarlıq Universitetinin tələbəsi Urmiyə sakini 26 yaşlı Arif Ulufi iyul ayının 1-də Urmiyə şəhərində həbs edilərək Urmiyə həbsxanasına göndərilib. Xatırladaq ki, soydaşımız milli fəaliyyətinə görə dəfələrlə həbs edilib, təzyiq və işgəncələrə məruz qalmışdır. Sonuncu dəfə Beynəlxalq Ana dili günündə Urmiyədə həbs edilərək neçə müddət ETTELAAT orqanlarında təzyiq və işgəncələrə məruz qalmış, girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Urmiyə İnqilab məhkəməsi soydaşımıza hakimiyyət əleyhinə mübarizə və İranın ərazi bütövlüyünü parçalamağa cəhddə ittiham edərək 6 ay müddətinə həbs qərarı çıxarmışdır. Apleyasiya məhkəməsi işə yenidən baxaraq Arif Ulufiyə 4 ay həbs cəzası tətbiq etmişdir. Hal hazırda Urmiyə həbsxanasında saxlanılır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar