SON XƏBƏRLƏR

Gürcüstan rusiyalı hakeri Amerikaya təhvil verdi

2021.10.20, 07:36
Gürcüstan rusiyalı hakeri Amerikaya təhvil verdi

Gunaz.tv

GünAz TV: Gürcüstan Rusiya vətəndaşı Andrey Türini Amerika Birləşmiş Ştatlarına (ABŞ) ekstradisiya edib.


Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında deyilir.


A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.


Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.


Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar