SON XƏBƏRLƏR

Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı

2022.03.19, 08:24
Güclü qar səbəbindən Əhərdə onlarla kəndin yolu bağlandı

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Qasım Qəməri mediaya verdiyi açıqlamada bildirib.

O, bölgədə onlarla  kəndin yollarının bağlandığını deyib.

Bütün çalışmalara baxmayaraq, 70 kəndin ətraf aləmdən təcrid olunduğunu deyən Qəməri başqa yollarda da hərəkətin çətinləşdiyini söyləyib.

Martın 19-u səhər saatlarından 20 texnika ilə yolların açılmasına çalışdıqlarını bildirən Qasım Qəməri, güclü qar yağışı və çovğunun davam etdiyinə görə buna nail ola bilmədiklərini qeyd edib.

Yerli sosial media istifadəçiləri yolların açılması üçün cəlb olunan texnikaların yararsız olduğunu yazıb, məsulların bölgə əhalisinə qarşı laqeyd münasibətini qınayıblar. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar