SON XƏBƏRLƏR

Haldun Solmaztürk: Ermənistanla imzalanan Sürix protokolları böyük bir diplomatik və siyasi səhv idi (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Haldun Solmaztürk: Ermənistanla imzalanan Sürix protokolları böyük bir diplomatik və siyasi səhv idi (MÜSAHİBƏ)

Gunaz.tv
GünAzTv: Son vaxtlar Rusiyalı politoloq və analitiklər Azərbaycan ermənistanla müharibəyə başlayacağı təqdirdə rəsmi Kremlinin bitərəf qalacağını proqnozlaşdırırlar. Ümumiyyətlə bu fikirlərə inanmaq olarmı, hazırda səslən fikirlər nə qədər həqiqəti özündə daşıyır bu vəya digər suallarımızın cavabını almaq üçün GünAzTv Mətbuat mərkəzinin xüsusi müxbiri Elnur Eltürk Türkiyə Silahlı Qüvvələrinin istefada olan generalı-analitik Haldun Solmaztürklə bu haqda etdiyi söhbəti oxucularımızın diqqətinə çatdırırıq: Müharibə milli siyasətin icra edilməsi üçün başqa carə qalmadığında vəya digər milli güc ünsürləri istənilən nəticəni vermədiyindən bir dövlətin istifadə etdiyi vasitədir. Yalnız əsgəri güclə müharibəni qazanmaq olmaz və digər milli güc ünsürlərinində hərbi güclə sinerji yaratdıqdan sonra müharibəni qazanmaq olar. Bunlar paralel sürətdə getməlidir. Yəni döyüşdə əsgər güc önə cıxırsada buda yanıldıcıdır. Eyni zamanda döyüşə gedənə qədərdə milli siyasi iradə ortaya qoyulması lazımdı. Gərək müharibəni qazanmaq üçün yuxarıda deyilən strategiya həyata keçirilməlidir. Hər şeydən öncə Dağlıq Qarabağ məsələsi ümümmilli məsələ kimi ortaya çıxmalıdır və bu fikir insanların düşüncəsində daha güclü formalaşmalıdır. Bəs, son vaxtlar inkişaf edən Rusiya-Azərbaycan münasibətləri rəsmi Kremlinin müharibədə bitərəf qalmasına səbəb ola bilərmi sualına Haldun bəy bunları qeyd etdi: Son zamanlar Rusiya ilə olan yaxınlaşma çox əhəmiyyətlidir. Amma bir savaş başlayacığı təqdirdə bu yaxınlaşmanın Rusiyanın mövqeyinə qətiyyən təsir etməyəcəyini düşünürəm. Çünki, bu savaş Rusiyanın mənfəətlərinə uyğun deyil. Elə proseslər baş verəcək ki, Rusiya tərəf tutmaq məcburiyyətində qalacaq və bu vəziyyətdə də Ermənistanın tərəfində duracaq. Rusiya heç bir zaman bölgədəki tək və özünə ən yaxın ölkəni itirmək istəməz. Nə Rusiya nədə ki, rus siyasətçiləri heç vaxt buna getməzlər. Yəni, müharibənin Azərbaycan-Rusiya münasibətlərinə heç bir təsiri olmayacaqdır. Bugün Ermənistan Rusiya əlaqələri çox güclüdür. Azərbaycan başqa ölkələr kimi Rusiyanın önəmini diqqətə almalıdır. Bu, məsələdə Türkiyənin rolu nədən ibarət olacaqdır sualına sabiq general belə cavab verdi ki: Türkiyə hökuməti bu məsələdəki rolunu öz-özünü prosesdən kənarlaşdırmışdı. Ermənistanla imzalanan Sürix protokolları böyük bir diplomatik və siyasi səhv idi. Türkiyə bununla öz-özünü küncə sıxışdırdı, Minsk Qrupu üzərində olması lazım olan təzyiqi öz üstünə götürdü və bölgədəki bütün problemlərin səbəbkarı özüimiş kimi proseslərə sürükləndi. Bəzi dövlətlərin təzyiqiylə imzalanan protokollar Ermənistana vəziyyət üstünlüyü və beynəlxalq dəstəyi təmin etdi. Türkiyənin nəhəng iç problemləri bu çox ciddi problemin ‘milli bir məsələ olaraq razılaşmanın əldə olunmasına imkan verməməkdədir. Çox təəssüf ki, 2011 ci il gözlənilən hakimiyyət seçimlərindən əvvəl bu vəziyyətin dəyişəcəyi inandırıcı görsənmir. Türkiyə hökuməti ilə Azərbaycan arasında ortaya çıxan (çıxardılan) güvən böhranı da, yaxın vaxtda ortadan qalxa biləcəyi görünmür. Bir kolordu saxladığı Kipr məsələsinə belə lazımlı diqqəti verə bilməyən Türkiyənin Dağlıq Qarabağ üçün bu mərhələdə edə biləcəyi çox bir şey yoxdur, ancaq etməsi lazım olan çox şey olmasına baxmayaraq..!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar