"Müharibənin birinci günü ermənilərin hava hücumundan müdafiə sisteminin 60 faizi məhv edildi"-General Ramiz Tahirov

22.10.2021, 11:42

“Azərbaycanın bütün qoşun növləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayan ilk gündən sonuncu günədək bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib”.

Gunaz.tv Quote | Gunaz article

Bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.

O bildirib ki, HHQ-yə müharibənin birinci günündən digər dövlət qurumları, xüsusən də Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə düşmənin hava hücumundan müdafiə sisteminin məhv olunması və Azərbaycanın hava üstünlüyü qazanması ilə bağlı xüsusi tapşırıq verilmişdi.

“Biz bunu icra etdik. Müvəffəqiyyətlə döyüş tapşırıqları yerinə yetirildi. Erməni ekspertləri və mütəxəssisləri də qeyd edirlər ki, müharibənin birinci günü onların hava hücumundan müdafiə sisteminin 60 faizi məhv edilib. 

Bunun nəticəsində isə bütün mövcud olan vasitələrimizlə - təyyarə, helikopter, zərbə dronları, DSX-nin “Harop”, “Sky Striker” zərbə dronları ilə düşmənə sarsıdıcı zərbələr endirildi, onların döyüş imkanları zəiflədildi, müqaviməti azaldıldı.

Bunun nəticəsində isə bizim xüsusi təyinatlılarımız və Quru Qoşunlarımızın hücuma keçməyinə əlverişli şərait yarandı", - HHQ komandanı bildirib. (report.az)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizin nümayəndəsi ana dilində təhsillə Tehran nümayəndəsinə cavab verib

2021-12-09

gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07