SON XƏBƏRLƏR

İctimai Məkanlara Nəzarət İdarəsi Əli Lisaninin iş yerini bir dəfəlik bağlayıb – Ərdəbildə

2021.10.20, 07:36
İctimai Məkanlara Nəzarət İdarəsi Əli Lisaninin iş yerini bir dəfəlik bağlayıb – Ərdəbildə

Gunaz.tv

GünAz TV: Ərdəbildə İctimai Məkanlara Nəzarət İdarəsi (Əmakin) tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin oğlu Əli Lisaninin mağazasını bir dəfəlik bağlayıb, idarə rəsmiləri ona xaric ölkələrə köçməsini məsləhət görüb.

 

Məlumata görə, İctimai Məkanlara Nəzarət İdarəsi Əli Lisanini idarəyə çağıraraq onun artıq Ərdəbil bazarında iqtisadi fəaliyyətlə məşğul ola bilməyəcəyini deyib. Tanınmış fəalın oğluna dinc şəkildə fəaliyyət göstərmək üçün İranı tərk etməsi tövsiyyə olunub.

 

Əli Lisani iki il əvvəl qızıl məmulatları təmiri mağazası açıb. Onun bütün sənədləri qaydasında olsa da, mağazasına lisenziya ala bilmir. Ərdəbil Zərgərlər Dərnəyi rəisinin sözlərinə görə, bu, təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində mümkün olmur.

 

Zərgərlər Dərnəyi son iki il müddtində təhlükəsizlik orqanlarının göstərişi ilə Əli Lisaninin mağazasını bir neçə dəfə möhürləyib.

 

Məlumata görə, dərnəyin nümayəndələri ötən günlərdə Əli Lisaninin müştərilərinə müraciət edərək onlardan sifarişlərini geri götürməyi, bir daha onunla iş əlaqəsi qurmamağı tələb ediblər.

 

Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda uzun illər həbs olunan və müxtəlif təzyiqlərə məruz qalan tanınmış fəal Abbas Lisani hal-hazırda Ərdəbil zindanında məhbus həyatı yaşayır. O ötən aylarda apellyasiya məhkəməsində Nasir Ətəbatinin sədrliyi ilə keçirilən iclasda 15 il həbs cəzasına məhkum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar