Səid Xətibzadə: “Amerikanın İrana qarşı sanksiya siyasəti heç bir nəticə verməyəcək”

30.10.2021, 11:25

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə oktyabrın 29-da mediaya açıqlamasında Amerika Maliyyə Nazirliyinin SEPAH-ın pilotsuz uçan təyyarələr proqramı ilə əlaqədar tətbiq etdiyi yeni sanksiyalarına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

ABŞ Maliyyə Nazirliyinin SEPAH-ın plotsuz uçan hərbi təyyarələr proqramı ilə əməkdaşlıq edən 6 fiziki və hüquqi şəxsə sanksiya qoymasını pisləyən Xətibzadə deyib ki, Amerikanın islam respublikasına qarşı yürütdüyü sanksiya siyasəti heç bir nəticə vermədən uğursuzluğa gətirib çıxaracaq.


“Yeni saxnksiyaların tətbiqi, Ağ Evin tam ziddiyyətli rəftarının göstəricisidir. Nüvə razılaşmasına qayıtmaqdan danışıdığı halda Amerikanın keçmiş prezidenti Donald Trampın sanksiyalarla bağlı ölkəmizə qarşı yürütdüyü eyni siyasətini davam etdirən Co Bayden hökumətinin bununla bizə mesajı odur ki, ona həqiqətən də etimad etmək olmaz.


Amerikanın müxtəlif hökumətləri İran İslam Respublikasının reallıqlarını dərk etməkdən nə qədər aciz olduqlarını nümayiş etdiriblər. Amerikanın indiki hökumətinin bu kimi hərəkətləri Tramp hökumətinin ölkəmizə qarşı yürütdüyü uğursuz maksimum təzyiq siyasətinin davamıdır. 


Hesab edirik ki, bu siyasət indiyədək ABŞ-ın heç bir hədəfini gerçəkləşdirmədiyi kimi, bundan sonra da məğlubiyyətə uğrayaraq, ona heç bir uğur gətirməyəcək”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.


Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi oktyabrın 29-da bəyanat yayaraq, İranın regionda pilotsuz uçan hərbi təyyarələrinin beynəlxalq ticarət gəmilərinə və Amerika qüvvələrinə hücumları ilə əlaqədar 4 İran vətəndaşına və 2 şirkətə sanksiya qoyduğundan xəbər verib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda daha 4 bəluc dara çəkilib

2021-12-09

gun az article

İranda tələbə fəalı Leyla Hüseynzadə həbs edilib

2021-12-09

gun az article

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib

2021-12-09

gun az article

Ağdam və Cəbrayılda məktəb tikintisinin layihələndirmə prosesi başlayıb

2021-12-09

gun az article

Şuşada iki nəfər minaya düşərək ölüb

2021-12-09

gun az article

“Röyters”: “Amerika və İsrail İranın nüvə təsisatlarına hücum üçün təlim-məşqlərin keçirilməsi barədə məsləhətləşmələr aparacaqlar”

2021-12-09

gun az article

“Walla News”: “İranın Laziqiyyə limanına göndərdiyi silah-sursatın 70 faizi hava hücumunda məhv edilib”

2021-12-09

gun az article

Böyük Britaniya: “Hazırkı müzakirələr İranın nüvə razılaşmasına qayıtması üçün son fürsətidir”

2021-12-09

gun az article

Sabah XİN başçılarının müavinləri görüşəcək

2021-12-09

gun az article

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya uğrayır

2021-12-09

gun az article

Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

2021-12-09

gun az article

Bu gün Vyanada yenidən nüvə danışıqları başlayır: İran 5 şərtlə danışıqlar masasına qayıdır

2021-12-09

gun az article

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

2021-12-09

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

2021-12-09

gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08

gun az article

İsrailli hüquqşünas: "Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində qalib gəldi"

2021-12-08

gun az article

İran Mahşəhr şəhərində “terrorçu qruplaşma”nı zərərsizləşdiyini iddia edir

2021-12-08

gun az article

Hüseyn Salami: “Ölkədə istehsal etdiyimiz pilotsuz uçuş aparatları istənilən yerdə əməliyyat keçirə, eniş edə bilərlər”

2021-12-08