SON XƏBƏRLƏR

Xiyav inkişafdan geri qalıb: Əhali İranın başqa bölgələrinə axın edir

2021.12.24, 12:47
Xiyav inkişafdan geri qalıb: Əhali İranın başqa bölgələrinə axın edir

Gunaz.tv

"Onlar burunlarının ucundan o tərəfi görə, məsələlərlə bağlı düzgün qərar verə bilmirlər"-deyə, millət vəkili bildirib.

İran təhsil nazirinin müavini və Xiyavın Məktəblərin Təmiri və Texniki Təchizatı İdarəsi başçısının iştirakı ilə keçirilən görüşdə çıxış edən millət vəkili iqtisadi və sosial inkişaf sahəsində olan problemlərin həll olunmamış qaldığını bildirib.

“Ölkənin ortalama inkişaf göstəricilərinə uyğun olaraq Ərdəbil əyalətinin və onunla yanaşı əyalətin başqa bölgələrinin də inkişafına və iqtisadi durumunun yaxşılaşdırılmasına ehtiyac var”-deyə, millət vəkili Ərdəbil əyalətinin ümumi inkişaf göstəricilərindən geri qaldığını bildirib. 

O, xüsusilə Xiyavın Arşaq bölgəsində iqtisadi durumun acınacaqlı olduğuna işarə edib və bunun əhalinin bölgədən köçməsi, Arşaqda əhali sayının kəskin azalaraq 13 min nəfərdən aşağı olmasına səbəb olduğunu qeyd edib. 

Mahmud Abbaszadə işsizlik və iqtisadi problemlər ucbatından Xiyavdan köçün böhran həddinə çatdığını, məsələ ilə bağlı məsulların yanlış statistika yaydıqlarını söyləyib. 

“Son bir neçə ildə Xiyavdan başqa bölgələrə, xüsusilə ölkənin mərkəzinə köç artıb və son statistikaya görə əhali sayı 200 min nəfərdən 150 min nəfərədək azalıb. Xiyav iqtisadi baxımdan ölkə üzrə göstəricilərdən geri qalır.

Hətta Xiyav əyalət səviyyəsindəki göstəricilərdən də geri qalıb”-deyə, millət vəkili mahalın tamamilə boşalması təhlükəsi barədə xəbərdarlıq edib. 

O, bildirib ki, mövcud problemlər Xiyava səfəri zamanı İranın Məktəblərin Təmiri və Texniki Təchizatı Baş İdarəsinin direktorunun diqqətinə çatdırılıb.

Lakin bu günə kimi məsələ ilə bağlı heç bir iş görülməyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar