SON XƏBƏRLƏR

Milli fəal Şahin Bərzgər cərimələnib

2022.09.04, 07:00
Milli fəal Şahin Bərzgər cərimələnib

Gunaz.tv

Bir neçə gün bundan öncə Təbrizin Ümumi və İnqilab prokurorluğunun qərarların icrası idarəsinin 1-ci bölməsinə çağırılan milli fəl və Azərbaycan rəqsi müəllimi Şahin Bərzgər sentyabrın 3-də adı çəkilən idarədə olub.

O, təyin olunan cəriməni ödəyib.

Ötən ilin iyul ayının 24-də Təbrizdə Xuzistan ərəblərina dəstək aksiyasına qatıldığı üçün saxlanılan və “kiberməkanda kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakılığa dəvət etmək” ittiham olunan Şahin Bərzgər 24 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar