SON XƏBƏRLƏR

Milli fəal Vədud Əsədi həbs olunub

2021.10.31, 08:50
Milli fəal Vədud Əsədi həbs olunub

Gunaz.tv

Məmurlar Vədud Əsədini  həbs edib, ona aid kompüteri və mobil telefonu müsadirə ediblər.

Həmçinin milli fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu özləri ilə aparıblar.

Onun həbs səbəbi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə polis tərəfindən həbs olunub və milli-mədəni fəaliyyətlərinə görə təhlükəsizlik məmurlarının təhdidlərinə məruz qalıb. 

Bununla yanaşı, o, ikinci Qarabağ savaşı zamanı İranın Ermənistana verdiyi dıstəyə etiraz, Azərbaycan Ordusuna dəstək aksiyasında iştirak etdiyinə görə 13 gün müddətinə saxlanılmışdı.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar