SON XƏBƏRLƏR

Binabda tibb işçiləri çatışmır

2022.02.04, 09:29
Binabda tibb işçiləri çatışmır

Gunaz.tv

O, şəhərdə həkim kadrların çatışmadığını bildirib.

Fəthi Binabda mövcud olan yeganə xəstəxananın artıq köhnəldiyini, istifadəyə yararsız olduğunu xatırladıb, bundan öncə tikintisi nəzərdə tutulan 200 çarpayılıq xəstəananın inşaat işlərinin başlamamasından gileylənib.

Binab şəhərinin İran parlamentindəki nümayəndəsi höccətülislam Məhəmmədbaqir Binabi isə media nümayəndələrinə verdiyi açıqlamada yaxın gələcəkdə 200 çarpayılıq xəstəxananın təməlatma mərasiminin keçiriləcəyini iddia edib.

O, lazim olan məbləğin 1000 milyard tümən olduğu desədə büdcənin ayrılıb-ayrılmayacağı barədə məlumat verməyib.

Qeyd edək ki, 150 min nəfər əhalisi olan Binab şəhəri əyalət mərkəzi Təbrizin 110 kilometr cənubunda yerləşir.

Binablıların və ətraf kəndlilərin müayinə və müalicəsi üçün Pəhləvi dövründə tikilən “Xomeyni” xəstəxanası illərdir ki istifadəyə yararsız vəziyyətdədir.

Əhalinin normal tibbi xidmətdən istifadə edə bilməməsi, müalicə üçün başqa şəhərlərə getməyə məcbur olmaları dəfələrlə onların fərmandarlıq qarşısında etiraz aksiyaları keçirilmələrinə səbəb olub.

Vətəndaşları sakitləşdirmək üçün şəhərdə 200 çarpayılıq yeni xəstəxananın tikintisi barədə söz verilməsinə baxmayaraq. neçə illərdir layihə həyata keçirilmir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar