SON XƏBƏRLƏR

İngiltərə xristianlığı qəbul edən iranlıya sığınacaq vermədi

2021.10.20, 07:36
İngiltərə xristianlığı qəbul edən iranlıya sığınacaq vermədi

Gunaz.tv

İngiltərə Daxili İşlər nazirliyi, bir İranlının "sülhpərvər" olduğu səbəbiylə xristianlığı qəbul etdiyini deyib sığınacaq üçün müraciətini, "İncilin intiqam, dağıtma, ölüm və şiddət təsvirləriylə dolu" olduğu səbəbini əsas gətirərək rədd edib.

 

“Independent” qəzetinin xəbərinə görə adı açıqlanmayan bir İranlı, şiddət ehtiva etdiyini irəli sürdüyü İslamdan ayrıldığını və sülhə çağırış etdiyi səbəbiylə Xristianlığa keçdiyini ifadə edərək, 2016-cı ildə sığınacaq üçün müraciət etmişdi. İngiltərə Daxili İşlər nazirliyi isə "İncilin intiqam, dağıtma, ölüm və şiddət təsvirləriylə dolu" olduğunu əsas gətirərək iranlının tələbini rədd edib.

 

Nazirlik, səbəb olaraq İncildən şiddət ehtiva edən ifadələri nümunə göstərib. Nümunə göstərilənlər arasında Matta 10-da yazılan Hz. İsanın "Mən yer üzünə salamatlıq gətirməyə gəldiyimi sanmayın. Salamatlıq deyil, qılınc gətirməyə gəldim", həmçinin Levli 26-da deyilən: "Düşmənləriniz qılınc zərbələriylə önünüzdə yerə səriləcək" ifadələridir.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar