SON XƏBƏRLƏR

İqtisadi böhran yaşayan Yunanınsan adalarını satır

2021.10.20, 07:36
İqtisadi böhran yaşayan Yunanınsan adalarını satır

Gunaz.tv

GünAzTv: Hökumət adaları satmaq və ya uzun müddətli icarəyə verməklə bu yerlərə xarici investorları cəlb etməyi və yeni iş imkanları yaranmasını ümid edir.

İqtisadi böhran səbəbilə çətin günlər yaşayan Yunanıstan Egey dənizindəki 6 minə yaxın adanı satmaq və ya uzun müddətli icarəyə verməyə hazırlaşır. İngiltərənin “The Guardian” qəzetinin verdiyi məlumata görə, satış siyahısının əvvəlində məhşur Mikonos adası var. Adanı, 3/1 yunan hökumətinə aid olmaq şərtilə turizm məkanına çevirəcək investor axtarılır. Satılacaq daha bir ada isə Rodosdur. Qeyd edək ki, rusiyalı və çinli investorlar, həmçinin milyarder Roman Abramoviç bu ada ilə maraqlanır. Adaların satılması istiqamətində tövsiyyəni Yunanıstan hökumətinə bu ölkəyə ilk dəfə kredit verməsi gözlənilən Almaniya verib. Onlar hətta Yunanıstanın tarixi əsərlərini, hətta bu ölkənin tarixi rəmzi hesab edilən Akropolun da satılmasını məsləhət görürlər. Xatırladaq ki, Yunanıstanın minlərlə adasından sadəcə 227-də yaşayış var. Bu adalara infrastruktur və s. xidmətləri çatdırmaq üçün Yunanıstan hökumətinin büdcəsi əlverişli deyil. Qəzetin xəbərinə görə, hökumət adaları satmaq və ya uzun müddətli icarəyə verməklə bu yerlərə xarici investorları cəlb etməyi, beləliklə də yeni iş imkanlarının yaranmasını ümid edir.Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar