SON XƏBƏRLƏR

İran Amerikanın uşaqlar üçün nəzərdə tutduğu paltarları özünün kosmonavt geyimləri kimi təqdim edib- FOTO- VİDEO

2021.10.20, 07:36
İran Amerikanın uşaqlar üçün nəzərdə tutduğu paltarları özünün kosmonavt geyimləri kimi təqdim edib- FOTO- VİDEO

Gunaz.tv

GünAz TV: İranın Rabitə və Texnologiya naziri Məhəmməd Cavad Azəri Cəhrominin ötən gün Twitter səhifəsində ölkəsinin kosmonavt geyimi kimi təqdim etdiyi geyimin saxta olduğu məlum olub.

 

O, ötən gün iştirak etdiyi tədbirlərdən birində ölkəsinin kosmos sahəsində inkişaf etdiyini iddia etmiş, eləcə də Orbitin 190 kilometrliyinə kosmonavtların göndərilməsi üçün Təhsil Nazirliyinin Aerokosmik Tədqiqatlar İnstitutuna 5 kosmik kapsul hazırlamaqla bağlı göstəriş verdiklərini demişdi.

 

Cəhromi “aydın gələcək” adlandırdığı bu planları açıqlamazdan öncə Twitter sosial şəbəkəsində kosmonavtlar üçün hazırladıqları geyimin şəklini paylaşmış və “aydın gələcək” sözünü yazmışdı. Onun yaydığı həmin foto ötən gün ərzində sosial şəbəkələrdə ironiyaya səbəb olub.

 

Lakin sonradan Cəhrominin milli uğur kimi təqdim etdiyi həmin geyimlərin Amerikada uşaqların “Halloven” karnavallarında geyinmələri üçün nəzərdə tutulduğu məlum olub. Həmin geyimin qiyməti 20.19 dollardır. Sosial şəbəkələrdə yayılan fotolarda görünür ki, iranlı rəsmilər həmin geyimin sinəsi üzərindəki yazıları təmizləyib, sağ qol üzərində İran bayrağını yerləşdiriblər. Paltarın boğaz hissəsi isə “axund yaxası” adlandırılan formada düzəldilib.

 

 

Bəzi sosial şəbəkə istifadəçiləri isə aşağıdakı gəlincik geyimini paylaşaraq, istehza ilə bu geyim də yəqin iranlı qadın kosmonavtlar üçün nəzərdə tutular başlığı yazıblar.

 

 

Bir qrup sosial şəbəkə istifadəçisi isə aşağıdakı videonu “iranlıların kosmosda rəqsi” başlığı ilə yayınlayaraq, Cəhrominin “aydın gələcək” adlandırdığı layihəni ələ salıblar.

 

 

Cəhromi isə bütün bu ironiyalara münasibətində bildirib ki, həmin fotonu “elə-belə” paylaşıb, əsas olan “mühüm hadisəni” insanların diqqətinə çatdırmaq olub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar