SON XƏBƏRLƏR

iran Azərbaycana öz əyaləti kimi baxır . İran Fars Respublikasının paytaxtımızdakı heç bir nümayəndəliyi “Azərbaycan” sözündən istifadə etmir

2021.10.20, 07:36
iran Azərbaycana öz əyaləti kimi baxır . İran Fars Respublikasının paytaxtımızdakı heç bir nümayəndəliyi “Azərbaycan” sözündən istifadə etmir

Gunaz.tv
iran Azərbaycana öz əyaləti kimi baxır İran Fars Respublikasının paytaxtımızdakı heç bir nümayəndəliyi “Azərbaycan” sözündən istifadə etmir irannaaa.jpg İranın rialı ilə cevriliş etmək istəyən Səid Dadaşbəyli “içəri”də olsa da, “bayır”da minlərlə potensial “səid dadaşbəylilər” dolaşmaqdadır Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə xeyli sayda xarici ölkələrin səfirlikləri və nümayəndəlikləri açılmışdır. Qonşu dövlətlərin səfirlikləri ilə bərabər həmdə onların mədəniyyət, təhsil, səhiyyə və başqa adda nümayəndəlikləridə fəaliyyət göstərir. Bu siyahıya qardaş Türkiyə, şimal qonşumuz Rusiya və cənub qonşumuz İran dövləti daxildir. Adı çəkilən dövlətlərin ölkəmizdə xeyli sayda nümayəndəlikləri yerləşir və daha çox paytaxtda fəaliyyət göstərməklə məşğuldurlar. Azərbaycan qanunlarına görə ölkədə fəaliyyət göstərən hər bir xarici dövlətin səfirliyi, konsulluğu o cümlədən şirkəti ölkə qanunlarını tanımalı və ona əməl etməlidir. Ancaq neçə ildən bəri ölkəmizdə fəaliyyət göstərən İran səfirliyi nədənsə qanunlarımıza əhəmiyyət vermədən öz işini davam etdirməkdədir. Belə ki, İran İslam Respubilkasının ölkəmizdə fəaliyyət göstərən səfirliyi, konsulluğu və mədəniyyət mərkəzlərinin yerləşdikləri binaların qarşısındakı lövhələrdə Azərbaycan sözünə rast gəlmək olmur. Məsələn, fars dövlətinin paytaxtın mərkəzində yerləşən səfirlik binasının qarşısındakı lövhədə Azərbaycan sözü yazılmayıb. Eyni fakı “Nizami” metrostansiyasının yaxınlığında yerləşən İran Mədəniyyət Mərkəzinə də aid etmək olar. Həmin «mədəniyyət» qrmunun yerləşdiyi binanın lövhəsində iri hərflərlə Azərbaycan əvəzinə Bakı sözü yazılıb. Qeyd etdiyimiz məsələ dəfələrlə mətbu orqanlarda işıqlandırılıb. Hətta bu hadisə ilə bağlı adı çəkilən səfyirliyin və nümayəndəliklərin qarşısında millətçi kəsimə aid təşkilatlar vaxtı ilə etiraz aksiyalarıda keçirdiblər. Ancaq nədənsə Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə illərdir ki, laqeyd yanaşıb və yanaşmaqdadır. İran nümayəndəliklərinin lövhələrində Azərbaycan sözündən imtina etmələri bizə aydındır. Hər zaman özünün fars şovinistliyini göstərən bu dövlət Azərbaycan sözündən qorxub və qorxmaqdadır. Çünki bu ölkənin əhalisinin və ərazisinin 60 faizi məhz Azərbaycan türklərinindir. İllərdir ki, cənubda yaşayan soydaşlarımızın yaddaşlarından Azərbaycan sözünü silməyə çalışanlar indi də Azərbaycan Respublikasındada bu çirkin əməllərindən əl çəkmək istəmirlər. Nəzərə alsaq ki, Səid Dadaşbəylinin dövlət çevrilişi etmək istədiyi dəstəyə də İranın “sponsorluq” etdiyi də təsdiqlənib. Ancaq o da məlumdur ki, İranın rialı ilə cevriliş etmək istəyən Səid Dadaşbəyli “içəri”də olsa da, “bayır”da minlərlə potensial “səid dadaşbəylilər” dolaşmaqdadır. Və onlar üçün İrandan gələn əmr ilə kamikadzeliyə belə hazırdılar... Kərim/Yeni Çağ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar