SON XƏBƏRLƏR

İran məhkəmə sistemi: "Təyyarənin vurulmasına görə bir neçə nəfər həbs edilib"

2021.10.20, 07:36
İran məhkəmə sistemi: "Təyyarənin vurulmasına görə bir neçə nəfər həbs edilib"

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli Tehran hava limanı yaxınlığında Ukrayna hava yollarına məxsus Boeing təyyarəsinin "Sepah" tərəfindən vurulması ilə əlaqəli bir neçə nəfərin tutulduğunu deyib.

 

O, bu gün həftəlik keçirdiyi mətbuat konfransı zamanı bu məsələni bəyan edib. Sözçü tutulanların kimliyi barədə ətraflı məlumat verməyib.

 

Qulamhüseyn İsmayıli sonda Amerika və İngiltərəni "məsələni şişirtməklə, İrana qarşı intiqam hisləri oyatmaq"da günahlandırıb.

 

Xatırladaq ki, "Sepah"ın yanvarın 8-də Tehran hava limanı yaxınlığında Ukrayna hava yollarına məxsus Boeing markalı sərnişin təyyarəsini vurması nəticəsində hava gəmisinin göyərtəsində olan 176 nəfərin hamısı ölmüşdü. İran ilk günlərdə təyyarənin vurulmasını təkzib etsə də, sonradan bunu etiraf etməyə məcbur qalmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar