SON XƏBƏRLƏR

İran partlayışa görə Amerika və İsrail kəşfiyyatını suçladı

2021.10.20, 07:36
İran partlayışa görə Amerika və İsrail kəşfiyyatını suçladı

Gunaz.tv

GünAz TV: İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Tehran yaxınlığındakı cəbbəxanasında (zradxanə) baş vermiş partlayışla bağlı yeni iddialar ortaya çıxıb.

17 nəfərin həlak olduğu partlayış zamanı ölənlər arasında SEPAH-ın raketlər üzrə mütəxəssisi general Həsən Tehrani Müqəddəmin də həlak olması əlavə şübhələrə yol açıb.

İranın rəsmi xəbər agentliyi “IRNA”nın məlumatına görə, kompüter sistemlərində yeni bir virus kəşf edən mühəndislər partlayışa ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail xüsusi xidmət orqanları tərəfindən yayılmış “Duqu” virusunun səbəb olduğunu açıqlayıblar. Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən təhlükəsizlik proqramı şirkəti “Symantec” “Duqu” virusunun hələ oktyabrda (October) ortaya çıxdığını bildirmişdi.

“Time” jurnalına danışan Qərb ölkələrindən birinin kəşfiyyat xidmətinin rəsmisi bildirib ki, partlayışın qəza olduğuna dair söylənilənlər yalandır. O, bundan sonra da İranın nüvə silahı əldəetmə planına (tərh) yönəlik yeni təxribat cəhdlərinin həyata keçiriləcəyini bildirib. Paytaxt Tehranın təxminən 20 kilometr qərbində baş verən partlayış nəticəsində bir mərmi təsisatı tamamilə sıradan çıxıb. Obyektdə (təsisat) İsrailə atılması planlaşdırılan “Şahab” raketləri var imiş...

Bundan başqa, iranlı səlahiyyətlilər həftə sonunda Dubayda qaldığı otel otağında ölü aşkarlanan mühafizəkar siyasətçi Möhsün Rezayinin oğlunun ölümündə İsrailin əlinin ola biləcəyini istisna etməyib. İranın dini lideri Əli Xamneyiyə yaxınlığıyla tanınan və 2009-cu ildəki prezidentlik seçkilərində yarışan Rezayinin oğlu Əhmədin intihar etdiyi bildirilirdi. Ancaq rəsmilər Əhmədin sui-qəsd nəticəsində öldürüldüyünü düşünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar