SON XƏBƏRLƏR

İran rəsmisi Obamanın Xamneyiyə göndərdiyi məktubdan danışır

2021.10.20, 07:36
İran rəsmisi Obamanın Xamneyiyə göndərdiyi məktubdan danışır

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub göndərdiyini deyib.

GünAz TV: Yanvarın (January) 15-də jurnalistlərə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub göndərdiyini deyib.

ABŞ prezidenti İran rəhbərinə məktubunda Hörmüz boğazının bağlanmasının xoşagəlməz nəticələri haqda xəbərdarlıq edərək buna kəskin reaksiya (əksüləməl) verəcəklərini bildirib: “Bu əməl Vaşinqton üçün qırmızı xətt sayılır”.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Ramin Mehmanpərəst deyib ki, ABŞ prezidentinin məktubuna cavab vermək barədə qərar qəbul etməyiblər: “Hazırda məktubu araşdırırıq. Cavab verməyin zəruri olduğunu hiss etsək, cavab verəcəyik”.

2011-ci il dekabrın (December) 27-də İranın birinci vitse-prezidenti (president müavini) Məhəmmədrza Rəhimi, dekabrın 28-də isə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı (fərmandehi) admiral (dəryasalar) Həbibulla Səyyari Qərbi və bölgə ölkələrini Hörmüz boğazını bağlayacaqları ilə təhdid ediblər. Onlar bildiriblər ki, İran neftinə sanksiya (əksüləməl) qoyulsa, Hörmüz boğazından gediş-gəliş tam qapadılacaq.

2012-ci il yanvarın (January) 8-də İranın müdafiə naziri Əhməd Vəhidi jurnalistlərə açıqlamasında rəsmilərin Hörmüz boğazını bağlayacaqları ilə bağlı bəyanatlarını geri götürüb: “Biz deməmişdik Hörmüz boğazını bağlayacağıq. Lakin kimsə İran körfəzinin təhlükəsizliyini təhlükəyə salmaq istəsə, o zaman onun təhlükəsizliyi təhlükəyə düşəcək. Hazırda bölgədə Hörmüz boğazının təhlükəsizliyini qoruyan ən mühüm ölkə İran İslam Cümhuriyyətidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar