SON XƏBƏRLƏR

İran təzadlı siyasət aparır

2021.10.20, 07:36
İran təzadlı siyasət aparır

Gunaz.tv

GünAz TV: İranın daxili və xarici siyasətinin təzadlarla həddindən artıq dərəcədə dolu olması məlum faktdır (həqiqətdir).

Dünyanın özündən uzaq hissələrində “məzlum Müsəlmanların xilaskarı” rolunu oynadığını iddia edən bu dövlət coğrafi olaraq daha yaxın bölgələrdə özünü “işğalçı Xristinaların (məsihilərin)” tarixi və əbədi dostu kimi görür.

Daha bir nümunə isə Yaxın Şərqdə cərəyan edən hadisələrdə ortaya çıxıb. İrandakı rejim bir yandan Misirdəki və Bəreyndəki hadisələri alqışlayır, digər yandan isə Suriyadakı xalq hərəkatına qarşı Suriya hakimiyyətini dəstəkləyir. Söhbət sadəcə siyasi dəstəkdən getmir.  Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri İranın kütləvi aksiyalara (yürüşlərə) qarşı istifadə edilməsi üçün Suriya hakimiyyətinə təchizat yardımı göstərdiyini, başqa sahələr üzrə yardımların da edilməsinin gözlənildiyini artıq dəfələrlə yazıb. Hətta bu barədə ABŞ (Amerika Birləşmiş Ştatları) və Suriya rəsmiləri arasında mübahisə belə yaşanıb. ABŞ Xarici İşlər Nazirliyinin (Dövlət Departamentinin) sözcüsü Mark Toner bir müddət əvvəl “mitinqlərin dağıdılmasında, İranın Suriyaya kömək etdiyinə dair inandırıcı məlumatlara malik olduqlarını və bundan narahatlıq keçirdiklərini” bildirib.

 Hakimiyyətin bu addımı isə həm daxildə, həm də regionda (bölgədə) etirazla qarşılanıb və İranın onsuz da xoş olmayan imici ilə bağlı yeni suallar yaradıb. Ümumilikdə isə Əhmədinejad hakimiyyətinin Suriya ilə əlaqələri rəsmi Tehranın regiondakı nüfuzunun düşməsinə səbəb olmuşdur. Maraqlıdır ki “dünyəvi dövlət” olaraq Müsəlmanları sıxışdıran Suriya “itirilmiş” İran hökumətinin yeganə müttəfiqidir. İrandakı bəzi qüvvələrə görə hökumət tərəfindən Suriyadakı rejim və terrorçu dəstələrə göstərilən dəstək “İranın tarixinə və mədəniyyətinə təhqir kimi” qiymətləndirilməlidir. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar