SON XƏBƏRLƏR

İran universitetlərində aksiyalar səngimək bilmir

2021.10.20, 07:36
İran universitetlərində aksiyalar səngimək bilmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran universitetlərində aksiyaların ardı kəsilmir. Oktyabrın 27-də İranın üç universitetində keçirilən etiraz aksiyaları bu sıradandır. Tehran Azad İslam Universitetinin 3 minə yaxın tələbəsi, aksiya keçirib. Onlar universitet rəhbərliyinin auditoriyalarda qız və oğlan tələbələrinin bir-birindən ayrı oturması haqda qərarına etiraz ediblər. Bununla yanaşı hökümətin əleyhinədə şüarlar səsləndiriblər. onlar məhbus tələbələrin azadlığa buraxılmasını və universitetdə inzibati komitələrin təzyiqlərinə son qoyulmasını tələb ediblər. İran parlamentində mühafizəkar qanadı təmsil edən deputat, Əhmədinejad hökumətinin tərəfdarı Həmid Rəsayinin çıxış etmək üçün universitetə gəlməsi isə, Əhvaz Universitetinin 1500-ə yaxın tələbəsinin aksiyasına səbəb olub. tələbələr Həmid Rəsayinin çıxışını kəsərək onun üstünə yaşıl bibər və sintetik su qabları tullayıblar. Tələbələr ona islahatçıları pisləməyə imkan verməyiblər. Məşhəd universitetində də aksiya olub. tələbələr son aylarda həbs olunan tələbələrin azadlığa buraxılmasını, təhsilinə qadağa qoyulan tələbə fəallarının universitetə qaytarılmasını istəyiblər. onlar ümumiyətlə tələbə fəallarına qarşı təzyiqlərə sərt etiraz ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar