SON XƏBƏRLƏR

İran və İraq dünyanın ən 10 qəmgin ölkəsi arasındadır

2021.10.20, 07:36
İran və İraq dünyanın ən 10 qəmgin ölkəsi arasındadır

Gunaz.tv

GünAz TV: Amerikanın tədqiqat və analitik mərkəzi olan “Gallup”un yeni araşdırmasına görə, dünya əhalisi 2018-ci ildə ardıcıl olaraq 2-ci ildir ki, daha da qəmgin, qəzəbli və qorxulu olub.  

 

2018-ci ildə dünya əhalisinin bədbəxtlik dərəcəsi müharibələr, siyasi böhranlar və digər bu amillərə görə, 2017-ci ildəki səviyyədə qalıb.

 

“Gallup” mərkəzi insanların öz həyatları ilə bağlı düşüncələrini öyrənmək üçün bu tədqiqat ərzində 2018-ci ildə dünyanın 140 ölkəsində 151 mindən çox insandan müsahibə alıb.

 

Bu tədqiqat digər tədqiqatlar kimi Ümumi Daxili Məhsul və digər iqtisadi amilləri nəzərə almır, əksinə, yalnız insanların öz həyatları ilə bağlı fikirləri, gələcəyə baxışları və digər analoji amilləri əsas götürür.

 

Müsahibələr zamanı insanlara verilən suallardan bəziləri belədir: Dünən özünüzü yaxşı hiss edirdiniz? Dünən sizinlə ehtiramla davranıblar? Dünən gülmüsünüz, ya ən azından təbəssüm etmisiniz? Dünən maraqlı şey öyrənmisiniz, ya maraqlı iş görmüsünüz? Günün müxtəlif saatlarını qəm-qüssə, stres, bədən ağrıları, narahatlıq və qəzəblə keçirirsiniz?

 

Tədqiqata əsasən, dünyanın ən qəmgin və ən bədbəxt 10 ölkə əhalisi sıra ilə Çad, Nigeriya, Syerra-Leone, İraq, İran, Benin, Liberiya, Qvineya, Fələstin və Konqodur. Beləliklə, Çad əhalisi dünyanın ən qəmgin millətidir və digər xalqlarla nisbəttə özlərini daha çox bədbəxt hiss edirlər.

 

İran əhalisi isə özünü qəmgin və bədbəxt hiss etməsi baxımından 5-ci yerdə qərarlaşıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar