SON XƏBƏRLƏR

İran Xarici İşlər Nazirliyi: “Amerikanın düşünülməmiş bu qərarı yeni intifazənin alovlanmasına gətirib çıxaracaq”

2021.10.20, 07:36
İran Xarici İşlər Nazirliyi: “Amerikanın düşünülməmiş bu qərarı yeni intifazənin alovlanmasına gətirib çıxaracaq”

Gunaz.tv

 GünAzTV: İran Xarici İşlər Nazirliyi dekabrın 6-da bəyanat yayaraq ABŞ prezidenti Donald Trampın Yerusəlimi (Qüds, Beytülmüqəddəsi) İsrailin yeni paytaxtı kimi tanımasını kəskin pisləyib.

 

Bəyanatda bildirilir ki, İran, Amerika hökumətinin Betülmüqəddəsi İsrailin paytaxtı kimi tanıması və Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını kəskin pisləyir: “ Hesab edir ki, Vaşinqtonun bu addımı, onun beynəlxalq qətnamələri açıq-aşkar pozması deməkdir. üsəlmanların ilk qibləsini özündə yerləşdirən Qüds şəhəri Fələstinin ayrılmaz bir hissəsidir. İslamın üç müqəddəs dini məkanlarından sayılan bu şəhər, müsəlmanlar üçün böyük önəm daşıyır.

 

Amerikanın bu şəhəri işğalçı Qüds rejiminin paytaxtı kimi tanıması, qəbul edilmiş bütün beynəlxalq qətnamələri pozur. Elə buna görə də İran İslam Respublikası Amerikanın bu qərarını pisləyərək, regionda sabitliyi qorumaq üçün bütün beynəlxalq qurumlara və nüfuz sahibi olan ölkələrə,  o cümlədən də müsəlman ölkələrinə üz tutaraq, onları Vaşonqtonun yalnız sionist rejimin xeyrinə olan bu qərarını həyata keçirməsinə mane olmağa çağırır.

 

Hesab edirik ki, Amerikanın bu düşünülməmiş təhrikçi qərarı, bölgədə nəinki sülh və sabitliyin qorunmasına yardım etməyəcək, əksinə müsəlmanları təhrik edərək regionda yeni bir intifazənin alovlanmasına gətirib çıxaracaq. Belə olduqda isə, bölgədə qarşıdurmalar, zorakılıqlar və dini ekstremizm daha da şiddətlənəcək. Bunun isə məsuliyyəti Amerika və sionist rejimin üzərinə düşür”.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrın 6-sı axşam saatlarında Ağ evdə televiziya vasitəsilə etdiyi tarixi bir çıxışda Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Tramp, ölkəsinin Tel-Əvivdəki səfirliyini tezlikcə Yerəsəlimə köçürücəyi barədə söz verib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar