SON XƏBƏRLƏR

İrana qarşı sanksiyaların tətbiqinə iki həftə qaldı

2021.10.20, 07:36
İrana qarşı sanksiyaların tətbiqinə iki həftə qaldı

Gunaz.tv

GünAzTv: Amerika bütün hər şeyə rəğmən İrana sanksiyaların tətbiq edilməsini istəyir. Bunun üçün artıq qarşıdakı iki həftə nəzərdə tutulub. Əvvəlki sanksiyalardan fərqli olaraq, bu dəfəkilərin daha ağır olacağı barədə isə yetərli qədər məlumat var. İlkin məlumatlara görə, BMT Təhlükəsizlik Şurasının toplantısında sanksiya məsələsi iyunun 21-də müzakirəyə çıxarılacaq. Bununla bağlı verilən məlumatlarda deyilir ki, hal hazırda əsas təhlükəli məqam Amerika üçün Türkiyənin tutacağı mövqedir. Çünki Qəzza bölgəsinə yardım aparan gəmilərinin ələ keçirilməsi və 9 vətəndaşının öldürülməsi məsələsi Ankaranın bölgə ilə bağlı planlarını tamamilə dəyişməyə sövq edir. Elə buna görədir ki, Ağ Ev Türkiyənin yeni şərti ilə üzləşəcəyindən ehtiyat etməyə başlayıb. Belə ki, Qəzza məsələsindən sonra Türkiyə bu bölgənin mühasirədən çıxarılmasını tələb etməyə hazırlaşır. İran məsələsində Ağ Evlə bazarlıq edəcək Türkiyənin bu şərtini qəbul etmək təbii ki, onlar üçün çox çətindir. Bir tərəfdən İsrail məsələsi, digər tərəfdən də Türkiyənin basqıları İrana sanksiyalar tətbiqi işində onun qarşısını kəsə bilər. GünAzTv mətbuat mərkəzinin “TİA.AZ”-a istinadən yaydığı məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasındakı üzvlərin də məsələyə münasibəti birmənalı deyil. Rusiya tərəfinin ötən gün verdiyi açıqlamasından belə aydın olub ki, Tehranla nüvə proqramı məsələsində bir sıra razılaşmalar əldə olunub. Həmçinin BMT-də keçiriləcək səsvermə zamanı 15 üzvdən 9-nun ABŞ (Amerika Birləşmiş Ştatları) xeyrinə qərar verməsi laxımdır. Hələlik Türkiyə, Braziliya və Livan bunun əleyhinə çıxırlar. Çin və Rusiya tərəddüd edir. Amerika isə narahatdır ki, qaldırdığı məsələ BMT-dən keçməsin. Elə buna görə də, Avstriya, Yaponiya, Bosniya, Uqanda, Meksika, Qabon və Nigeriyanın dəstəyinə böyük ümidlər bəslənilir. İki həftə içində bu ölkələri tərəfinə çəkmək və onları razı salmaq Ağ Ev üçün kifayət qədər çətin məsələdir. Bunu anlayan Vaşinqton mümükün qədər çalışır ki, sanksiyaların müzakirəsi məsələsini bir qədər uzatsın. Amma bunun nə ilə nəticələnəcəyi belə Amerika üçün hələ məlum deyil. Çünki hər bir dövlətin özünün maraqları var və həmin maraqların təmini üçün onlar özlərini Amerikaya qurman verməyəcəklər. Almaniyanın baş naziri Angela Merke lisə verdiyi açıqlamasında deyib ki, İranın nüvə proqramı məsələsində narahatlıqları artmaqdadır. O deyib ki, Rusiya və Almaniya İrana sanksiyaların tətbiqində ortaq məxrpəcə gəliblər. «Səbəb İranın nüvə proqramı məsələsində narahatlıqların daha da artmasıdır. Biz İrana bəzi təkliflər göndərimişik. Amma hələlik heç bir cavab yoxdur. Bunun baş verməsi üçün bəzi təzyiq vasitələrindən istifadə etməyə isə gərək var».İrana BMT-də sərt münasibət göstərəcək ölkələrin hansılar olacağını isə zaman göstərəcək. Hələlik bəzi Afrika dövlətləri də Türkiyə və Braziliyanın mövqeyini dəstəkləyir. Amma onların mövqelərindən çəkilə biləcəyi isə gözləniləndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar