SON XƏBƏRLƏR

İranda 5 yaşlı qız uşağını zorlayaraq ölümünə səbəb olan manyak edam edilib

2021.10.20, 07:36
İranda 5 yaşlı qız uşağını zorlayaraq ölümünə səbəb olan manyak edam edilib

Gunaz.tv

GünAzTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılan daha 1 nəfər edam edilib.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan manyak, 2017-ci ilin avqust ayında məşuqəsinin 5 yaşlı qızı olan Təbəssümü zorlamaqda və onu qətlə yetirməkdə günahlandırılıb. Zorlandıqdan sonra manyak tərəfindən vəhşicəsinə döyülən qız uşağı, xəstəxanaya çatrıldıqdan sonra həyatını itirib.

 

Törətdiyi cinayət əməlinə görə edama məhkum edilən qatil, aprelin 30-u sübh saatlarında İranın Savə şəhərinin zindanında dara çəkilib.

 

Hadisənin detalları barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar