SON XƏBƏRLƏR

İranda daha 1 “Sepah”çı kürd yaraqlıları ilə silahlı qarşıdurmada öldürülüb

2021.10.20, 07:36
İranda daha 1 “Sepah”çı kürd yaraqlıları ilə silahlı qarşıdurmada öldürülüb

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının daha 1 muzdlusu kürd yaraqlıları ilə baş verən silahlı qarşıdurmada öldürülüb.

 

Hadisə, sentyabrın 30-da Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə şəhərinin sərhəd məntəqəsində baş verib. Bildirilir ki, bölgədə reyd keçirən “Sepah”çılarla PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” qruplaşması yaraqlıları ilə silahlı qarşıdurma yaranıb. Hər iki terror təşkilatı arasında baş verən atışma nəticəsində 4 uşaq atası olan “Sepah”çı İbrahim Qulami güllə yarası alaraq yerindəcə ölüb.

 

“Pjak”çı kürdlər hadisə yerindən qaça biliblər. Yaraqlı kürdləri tutmaq üçün bölgədə genişmiqyaslı axtarış əməliyyatına başlanıldığı bildirilir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar