SON XƏBƏRLƏR

İranda daha 2 məhkum dara çəkilib, 1 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda daha 2 məhkum dara çəkilib, 1 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib, 1 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə edam edilən məhkumlardan birinin adı (29 yaşlı Davud Səmkar) mediaya açıqlansa da, digər məhkumun adı açıqlanmayıb. Məlumata əsasən, hər iki məhkum, sentyabrın 25-i sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkiliblər.

 

Həmçinin bildirilir ki, 3 il əvvəl qətl ittihamı ilə həbs edilərək barəsində ölüm hökmü çıxarılan və həmin müddətdə Rəcayişəhr zindanında saxlanılan daha bir məhkum (Məhəmmədrza Qənbəri) sentyabrın 26-da edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb. Gənc məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar