SON XƏBƏRLƏR

Iranda iki aparıcı nazir Kabineti tərk etdikdən sonra prezident Əhmədinecatın hökuməti yenidən çaxnaşma içindədir

2021.10.20, 07:36
Iranda iki aparıcı nazir Kabineti tərk etdikdən sonra prezident Əhmədinecatın hökuməti yenidən çaxnaşma içindədir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Əvvəlcə prezident Kəşfiyyat nazirini vəzifədən azad edib, sonra isə, məlumatlara görə, mədəniyyət və islam məsələləri üzrə nazir öz istefasını təqdim edib. Bütün bunlar cənab Əhmədinecatın ikinci prezidentlik müddətində and icmə mərasiminə cəmi 10 gün qalmış baş verir. Belə görünür ki, mübahisəli prezident seçkilərindən sonra cənab Əhmədinecatın öz mühafizəkarları arasında dərin parçalanma müşahidə olunmaqdadır. Bir məqamda xəbər yayıldı ki, Kabineti 4 nazir tərk edib, lakin sonra təsdiq olundu ki, prezident yalnız Kəşfiyyat nazirini vəzifədən azad edib. Daha sonra isə məlum oldu ki, Əhmədinecatın daha bir əsas müttəfiqi - mədəniyyət və islam məsələləri naziri istefa ərizəsini verib. Güman olunur ki, yaranmış vəziyyət mübahisəli vise-prezident Esfandiyar Rahim Məşayeyə görə baş verib - ötən cümə günü prezident, ali ruhani lider əyatullah Xameneinin göstərişindən sonra, onu, nəhayət, vəzifədən uzaqlaşdırmağa məcbur olmuşdur. Mədəniyyət naziri həmin məsələnin hökuməti zəiflətdiyini deyib. Parlamentin iki üzvü cənab Əhmədinecatı bu addıma görə kəskin tənqid edib. Onlardan birinin təbirincə, prezidentin bu cür davranışı ölkənin idarə etməsini olduqça çətinləşdirir. Lakin Əhmədinecat, həmişə olduğu kimi, güzəştə getmədi - əksinə, mübahisəli sabiq vise-prezident Məşayeni prezident administrasiaysının rəhbəri və yaxın müşaviri təyin edib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar