SON XƏBƏRLƏR

İranda “İŞİD”çilərlə qarşıdurmada 3 “Sepah”çı həlak olub

2021.10.20, 07:36
İranda “İŞİD”çilərlə qarşıdurmada 3 “Sepah”çı həlak olub

Gunaz.tv

GünAzTV: İranın Kirmanşah əyalətində “İŞİD” terror qruplaşması qüvvələri ilə silahlı qarşıdurmada 3 “sepah”çı həlak olub. Bu barədə, “Sepah”ın Nəcəf qərargahı məlumat yayıb.

 

Məlumata əsasən, hadisə yanvarın 27-si sübh saatlarında İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətinin “Səlas Babacani” məntəqəsində baş verib. Təxribat törətmək məqsədilə gizli şəkildə sərhəddi keçərək ölkəyə daxil olduğu bildirilən 21 nəfərdən ibarət “İŞİD”çi dəstəsi ilə yerli “Sepah” qüvvələri  arasında atışma baş verib. Atışma nəticəsində “Sepah”çılardan 3-ü həlak olub, bir neçəsi yaralanıb, 16 “İŞİD”çi isə yaxalanıb. Həmçinin bir neçə “İŞİD”çinin hadisə yerindən qaçdığı bildirilir. Qaçan terrorçuların tutulması üçün bölgədə axtarış əməliyyatlarına başlandığı qeyd olunur.

 

"Sepah"ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur

 

Hadisədən az sonra “Sepah”ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur, jurnalistlərə açıqlamasında baş vermiş atışmada 3 “Sepah”çının həlak olduğunu təsdiqləyib. O, olayın təfərrüatı barədə hər hansı bir açıqlama verməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar