SON XƏBƏRLƏR

İranda növbəti Etiraz Aksiyaları: ölən və yaralananlar var

2021.10.20, 07:36
İranda növbəti Etiraz Aksiyaları: ölən və yaralananlar var

Gunaz.tv

GünAz TV: Fevralın 20-si (isfəndin 1-i) paytaxt Tehranda və digər iri şəhərlərdə hakimiyyətə qarşı etiraz aksiyaları keçirilib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Tehranın əsas küçə və meydanlarında polis, mülki geyimli təhlükəsizlik qüvvələri və silahlı hərbçilər yerləşdirilməsinə baxmayaraq müxtəlif məhəllələrdə minlərlə aksiyaçı etirazlara qalxaraq 14 fevral aksiyasında öldürülmüş Sane Jalə və Məhəmməd Muxtarinin yeddisini qeyd ediblər.

 

“Allahu əkbər”, “Diktatora ölüm”, “Mübarək, Bin Əli, sıran çatıb Seyid Əli” və “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirən aksiyaçılarla hökumət qüvvələri arasında qanlı qarşıdurma yaranıb. Hökumət qüvvələrinin Tehranın Həft-e tir meydanında odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər yerindəcə həlak olub, bir neçə nəfər yaralanıb, onlarla şəxs isə tutularaq bilinməz istiqamətə aparılıb.

 

Hakimiyyətə qarşı etiraz aksiyaları İranın Şiraz, İsfahan, Rəşt, eləcə də kürdlərin yaşadığı Sənəndəc, Pavə, Mahabad və Mərivan şəhərlərində də davam edib. İsfahanda və kürd şəhərlərindəki etirazlarda aksiyaçılarla hökumət qüvvələri arasında qanlı qarşıdurmalar baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar