SON XƏBƏRLƏR

İranda qadınların hüququ daha da məhdudlaşdırılacaq

2021.10.20, 07:36
İranda qadınların hüququ daha da məhdudlaşdırılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dövlət Televiziyasında qadınların makyaj etmələrinə, zarafatlaşmaların qadağa qoyuldu. Keçən ay dini lider Əli Xamneyi tərəfindən ikinci dəfə İran Dövlət Televiziyasının baş direktoru təyin edilmiş İzzetullah Zergami telekanalın qadın aparıcıları qarşısında bir sıra qadağalar qoyub. İzzetullah Zergami deyib ki, qadın aparıcıların makyaj edərək efirə çıxmaları şəriətə ziddir və belələrinə İran Dövlət Televiziyasında yer olmayacaq. Baş direktor qadın aparıcıların çox zarafat etməməsini istəyib və qadın qonaqları qadın aparıcıların qəbul etməsini tövsiyə edib. O, verilişlərdə musiqiyə çox yol verildiyini və bunun azaldılmalı olduğunu da vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar